Bilal ALARLInın (Hüseynov) QARABAĞ mövzusunda bədahətləri

Bilal ALARLInın (Hüseynov) QARABAĞ mövzusunda bədahətləri

Filologiya üzrə fəlsəfə doktoru, şair, tədqiqatçı alim, Prezident təqaüdçüsü Bilal Alarlı HÜSEYNOV xalqımızın Qarabağda apardığı haqq mübarizəsinə çoxlu sayda şeir həsr edib. Bu şeirlər əslində çağırış xarakterlidir, kəskinliyi ilə seçilir. Bilal müəllimin şeirləri sosial şəbəkələrdə hamı tərəfindən həvəslə paylaşılır, hətta onu şəxsən tanımayanlar belə Qarabağ mövzusunda olan bu şeirlərə biganə qalmırlar.

Qeyd etmək yerinə düşər ki, Bilal Alarlı Hüseynov Qarabağda gedən Vətən müharibəsi ilə bağlı çoxlu sayda folklor örnəkləri toplamışdır. Bu folklor örnəkləri içərisində gülməcələr üstünlük təşkil edir. Maraqlıdır ki, xalq həmişə ən çətin məqamlara komik yanaşır, facilərə belə gülməyi bacarır. Bu baxımdan Bilal müəllimin topladığı gülməcələri əvəzsiz mənəvi sərvətimiz saymaq olar. Onun Koronavirus gülməcələri də olduqca maraqlıdır. Şübhəsiz, Bilal Alarlı Hüseynovun topladığı bu gülməcələri də yaxın vaxtlarda çoxsaylı oxucularımıza çatdıracağıq.
Sosial şəbəkələrdəki marağı nəzərə alıb, Bilal Alarlı Hüseynovun Qarabağ mövzusunda olan bədahətlərini sizlərə həvəslə təqdim edirik.
Faiq BALABƏYLİ,
şair, AYB üzvü

B Ə D A H Ə T L Ə R

SƏN NƏ MİLLƏTİSƏN?

Düşmənin də düşmən sifəti olar,
De görüm, erməni, sən nə millətisən?
Pis millətdən pis də əməllər qalar,
De görüm, erməni, sən nə millətisən?

Çörəyimi yeyib, təpik atırsan,
Əvvəl dost olursan, sonra satırsan.
Baş qarışdırırsan, ara qatırsan,
De görüm, erməni, sən nə millətisən?

Dilim gəlmir, sənə millət söyləyim,
Qisas almayım bəs, onda neyləyim?
Dünyanı başına qaxınc eyləyim,
De görüm, erməni, sən nə millətisən?

Daşın öz başına düşür, görürsən,
Əkdiyin ağacdan meyvə dərirsən.
Bir rəzil, bir alçaq ömür sürürsən,
De görüm, erməni, sən nə millətisən?

AXÇİ ANNAYA
(Bədahət)

Bu dağda, dərədə çox dolaşma gəl,
Özün də, itin də azacaq, Anna!
Türk oğlu türkləmi cəngə çıxırsan?
Türk sinənə tarix yazacaq, Anna!

Sən türkü yox, türkdü səni tovlayan,
Quduz düşən qancıq iti qovlayan.
Baxışdan ovlayan, gözdən ovlayan
Bir gün sürbənizi pozacaq, Anna.

Zəfər çalammazsan türk üzərində,
Qəzəb görəcəksən sərt gözlərində.
Bu uca dağların xəlvət yerində
Mərmiylə qəbrini qazacaq, Anna.

TƏLXƏK
(Bədahət)

Bil ki, türk burnunu ovacaq sənin,
Əllərdə qalacaq ellərin, təlxək.
Çıxdığın yerədək qovacaq səni,
Qısalacaq uzun dillərin, təlxək.

Bir dəngin əskikdir, solu kimisən,
Sən bəşərin sınmış qolu kimisən.
Yağdın dağlarıma dolu kimi sən,
Gəl al qarşısını sellərin, təlxək.

Dönüb Qarabağa türkdən xan gedir,
Bir də gördün əldən İrəvan gedir.
Axçilərin sudu, axıb yan gedir,
Bilmirsən kimdəndi döllərin, təlxək.

Min sifətə doldun, dona sığındın,
Kollara büründün, kana sığındın.
Qan hərisi idin, qana sığındın,
Dur iç, qanla dolub göllərin, təlxək.

Çalıb oynatdılar, sən də oynadın,
Son ümid yerinə güman qoymadın.
Aldın Qarabağı, yenə doymadın,
İndi boşda qalıb əllərin, təlxək.

TƏSLİM TƏKLİFİ

Sən qalib deyilsən,
sənin fikrin,
sənin düşüncələrin məğlubdur,
dizə çökəcəksən.
Məğrur ordumun qarşısında
boynunu bükəcəksən.
Yana-yana gedirsən,
sabaha inamı yandırma,
səni xilas edəcək
sülhü dayandırma.
Nə qədər gec deyil,
təslim ol,
qonşu ilə qonşu kimi yaşa,
öz başın tuş gələcək
atdığın daşa!
Sən qalib deyilsən,
qalib ola bilməzsən,
dağıtdığın evdə rahat qala bilməzsən.
Dayan,
nanəcib əməllərin haqqında
yaxşı-yaxşı düşün,
Düşün ki,
düşünmək heç zaman gec deyil,
Haqqa gəl,
imana dön,
Tanrıya əyil.
Əyilməsən, fələk əyəcək səni,
Döyəcək, fələk döyəcək səni,
Türkün əli ilə bəs deyincə döyəcək,
sən mənim cəsur əsgərimdən
aman istəyincə döyəcək!

YOL

Naxçıvana piyada getmək istəyirəm,
dağlardan,
dərələrdən,
düzlərdən keçmək düşüb könlümə.
Yol boyu meyvədən,
giləmeyvədən yükümü tutub,
ovcumla Arazdan
su içmək düşüb könlümə.
Öz torpağımdan özümə sərhəd çəkiblər,
dilimdən qıfıl asıblar,
gözümə sədd çəkiblər.
Bu doğma yerlərə
qədəm qoymaq üçün
yadlardan icazə almalıyam,
uçaqla qalxıb,
qatarla enməliyəm,
bir sözlə,
yolumu uzaqdan salmalıyam.
Bu nə dərddir, İlahi,
əli süfrəmdə olan kürəyimdən vurur,
yeri ürəyimin başında olan
ürəyimdən vurur.
Nə vaxt ayılacağam,
nə vaxt düz baxacağam
həqiqətin gözünə?
Dizimi yerə atmaq vaxtıdır,
İlahi, qüvvət ver türkün dizinə!
Naxçıvana piyada getmək istəyirəm,
Göyçədən çıxıb,
Dərələyəzdən keçib,
Zəngəzurdan ötmək istəyirəm.
Yol yoldaşım Haqq,
amalım Ədalətdir,
Tanrı da arxamca su atıb
uğur diləyir,
iradəm,
cəsarətim,
bir də qüvvətim
arzumu çin eləyir.
Haydı, ərənlər, qoşulun,
dərələrdən sel kimi keçək,
təpələrdən yel kimi keçək.
Öz əzəli torpağımıza
səfər etmək istəyirəm,
Naxçıvana piyada getmək istəyirəm.

ÖLÜ QATİLLƏRİ

Cəbhədə vəziyyət gündən-günə dəyişir,
Düşmən qəbirləri atəşə tutur,
dirilərlə bacarmır,
ölülərlə döyüşür.
Yatanların yuxusuna güllə atır,
uşaq canı alır düşmən,
Canını götürüb qaçır,
türkün həmləsindən qanad salır düşmən.
Qoy səni körpələrin ahı tutsun,
Qoy səni ölülərin ruhu tutsun,
Tutduğun yerləri belə qoyub qaçarsan,
Atanı-ananı söydürüb qaçarsan,
söyüb qaçarsan!
Xəyanət görmüşdüm,
xəyanətkar görmüşdüm,
namərd arxasında yatan görməmişdim.
Meydanda kişi kimi vuruşan
oğulları görmüşdüm,
ölülərə silah çəkən,
güllə atan görməmişdim.
Onu gördüm,
özgə torpağında meydan sulayanın
necə yaxınlaşır sonu,
gördüm!

SÜMSÜK

İt kimi qovulanlar
elə it kimi yaşayacaqlar,
Tanrılarına təpik atdıqları üçün
başlarına döyəcəklər,
alınlarını qaşıyacaqlar.
Qonşu-bacanı
gəmirə-gəmirə ömür sürdülər,
Zatı qırıqlar
ümidlərini qırdıqlarına görə
zatlarını söyəcəklər.
Yal yeyənlər,
daban yalayanlar,
Hər millətdən döl tutanlar,
it kimi küçükləyənlər,
donuz kimi balalayanlar
Qovulmağı sevirlər,
hər yerə dürtülən
uzun burunlarından
ovulmağı sevirlər.
Vur, qardaşım, vur,
bu it uşağını
ovulan yerindən vur,
Bu dayaz düşüncəlilər
çox dərinə gediblər,
sən də dərindən vur,
Bəlkə düdüyü boşala,
yeli çıxa,
Ələ keçirdiyindən
əli çıxa.
Amma unutma, qardaşım,
qovduğun itin
qısqırdanı çoxdur,
Elə bərk hürməsinə baxma,
künəsi luxdur.
Vur, künəsini dağıt,
qısqırdanı qışqıra-qışqıra qalsın,
BMT-də balabanını,
ATƏT-də zurnasını çalsın!

ÇAĞIRIŞ

Orduya yazılıram,
könüllü,
altmış iki yaşımda,
Döyüş havası var başımda,
Qisas havası var başımda!
Orduya yazılıram,
ölə də bilərəm bu yaşımda,
Amma ölmək planı durmur qarşımda!
Mən cəbhəyə elimin,
millətimin qəzəbini
düşmənə bildirmək üçün gedirəm,
Məni bağışlasın vətən,
ölmək hələ tezdir,
Mən öldürmək üçün gedirəm
ehtiyatda olan zabit kimi!
Düşməni qovacağam torpağımdan
və o da qaçacaq
oğru it kimi!
Orduya yazılıram,
məni növbədə
çox saxlamağa dəyməz,
Ehtiyatda qalmaqdan yorulmuşam,
bu hərbi biletim,
bu da şəxsiyyət vəsiqəm,
yoxlamağa dəyməz.
Səngərlər görmüşəm kələ-kötür,
Al sənədimi,
məni ön cəbhəyə götür.
Oğlum arxamda,
bir nəvəm sağımda,
bir nəvəm solumda,
Dağ gücü var
halal zəhmət cəbhəsində bərkimiş
biləyimdə,
qolumda!
Adımı-sanımı,
qeyrətimi,
namusumu qorumaq üçün
and içməyə gedirəm.
Vətən yolunda
ölüm-dirim mübarizəsindən
keçməyə gedirəm!
Mən tabutda qayıtmayacağam,
ölməyəcəyəm,
öldürüb gəlcəyəm.
Düşmənə həddini
bildirib gələcəyəm!
Yazın adımı
öndə gedən zabitlər sırasına,
qoy miras kimi
məndən şərəfli bir ad qalsın.
Oğlum bir səngərdə,
nəvəm bir səngərdə
düşməndən qisas alsın,
qələbə çalsın!
Mənim növbə gözləyən vaxtım deyil,
məni növbəsiz qeydə alın,
Ən ağır döyüş gedən
səngərə yola salın!

İGİD ƏSGƏRİM
(Semantik marş)

Sən zirvələr aşiqisən,
hamıdan yüksəkdə olan
Qartalımsan mənim.
Yolunu azmış düşmənin
başı üstə qanad çalan
Qartalımsan mənim,
İgid əsgərim!

Səsin dağları ürküdür,
dərələri oynadır,
düşmən bağrı çatladır,
Sənə Qartal kimi
qanad açmaq yaraşır.
Murovdan Savalana haray salıb,
asta-asta,
ləngər vura-vura
uçmaq yaraşır,
İgid əsgərim!

Ağlınla, zəkanla vuruşursan,
düşmənin qurduğu tələlər
düşmənin öz başına
oyun açır.
Sən hər dəfə tətiyi çəkəndə
silahın düşmənə ölüm gətirir,
doğma torpaqlara
işıq saçır,
İgid əsgərim!

Share: