Müğənni Billi Coel ABŞ-də Long Island-dakı malikanəsini 49 milyon dollara satır.
Kulis.az xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.
Ərazinin ümumi sahəsi 10,5 hektardır. Musiqiçi əvvəlcə 5,6 hektar sahə də alıb, lakin sonradan 1950-ci illərdə mülkün orijinal versiyasını bərpa edərək qonşu torpaq sahəsi alıb.
Hazırda əsas binada təmir işləri gedir və işlərin yayın sonu və ya payızın əvvəlində başa çatdırılması nəzərdə tutulur. Coelin evini satan daşınmaz əmlak agenti Bonnie Williamsonun sözlərinə görə, gələcək sahib əmlakın yeni dizaynı üçün öz fikirlərini bildirə bilər. Buna görə də əmlak təmir mərhələsində satılır.
Xatırladaq ki, 2006-cı ildə Billi Coel malikanəni 37,5 milyon dollara satışa çıxarsa da, fikrini dəyişib. İndi Williamsonun dediyinə görə, müğənni və həyat yoldaşı Aleksis Roderik Floridada çox vaxt keçirirlər, ona görə də onların artıq Long Island-da malikanəyə ehtiyacı yoxdur.