“Binə” bazarı qanunsuz fəaliyyətinə görə CƏRİMƏLƏNDİ

“Binə” bazarı qanunsuz fəaliyyətinə görə CƏRİMƏLƏNDİ

“Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” MMC qanunsuz avtovağzal fəaliyyətinə görə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi əsasında protokol tərtib olunaraq Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Həmin maddəyə görə, pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə 1 500 manat məbləğində cərimə edilir.

 

Share: