Müstəqil.Az-ın elektron ünvanına Xəzər rayonu Binə qəsəbəsi, Bolluq yaşayış massivinin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları məktub daxil olub.
Məktub-müraciəti olduğu kimi yayınlayırıq:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti : Azərbaycan Respublikasının Baş naziri, cənab Əli Əsədova
Surəti : Azərsu ASC-nə,
Xəzər rayonu Binə qəsəbəsi, Bolluq yaşayış massivinin sakinlərinin
Müraciəti
Çox hörmətli , möhtərəm Prezidentimiz İlham Əliyev !
Biz Azərbaycan vətəndaşları olaraq Sizin son illərdə xalqımızın sosial –iqtisadi problemlərinin həlli istiqamətində atdığınız addımları diqqətlə izləyir, gördüyünüz tədbirləri tam dəstəkləyirik və bu istiqamətdə əldə etdiyiniz bütün nailiyyətlərə görə Sizə minnətdarlığımızı bildiririk.
Lakin bütün sosial iqtisadi məsələlərin həlli üçün vətəndaş Sizə güvənir, lakin işlərinizin çox olması üçün bəzən müraciət etmir. Bu məsələlərin həlli ilə məşğul olan müvafiq icra orqanları var ki , vətəndaşlar həmin qurumlara müraciət edirlər. Bəzən elə kiçik məsələlər olur ki , vətəndaşın problemləri hansısa səbəblər ucbatından illərlə öz həllini tapa bilmir.
Çox hörmətli İlham Əliyev cənabları !
Xəzər rayonu Binə qəsəbəsi, Bolluq yaşayış massivinin sakinləri olaraq biz uzun illərdir ki, bu ərazidə yaşayırıq. Yaxın keçmişə kimi yaşadığımız əraziyə içməli su xətti çəkilməmişdi. Uzun bir dövr ərzində get-gəldən,vmürciətlərdən, şikayətlərdən, ən əsası isə Sizə müraciətdən sonra, nəhayət ki, təxminən 1 il öncə ərazimizə içməli su xətti çəkildi və abonenetlər qeydiyyata alındılar. Ancaq bizə bəlli olmayan səbəblər üzündən 1 aydan artıqdır ki, yaşadığımız massivdə su birdəfəlik kəsilib. Nə Xəzər rayon rəhbərliyi, nə də Azərsu ASC-nin məsul şəxsləri mövcud problemin həlli istiqamətində heç bir əməli iş görmür. Bütün müraciətlərimiz və şikayətlərimiz cavabsız qalır. Artıq ünvan tapa bilmirik müraciət etməyə. Ona görə Sizin diqqətinizi bu problemin həllinə yönəltməyi məqbul saydıq. Sizdən artıq dərəcədə xahiş edirik ki, Azərsu ASC-nin rəhbərliyinə bizim SU problemimizi həll etmələrinə dair göstəriş verəsiniz . Əvvəlcədən Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar diləyirik və inanırıq ki, birlikdə dəmir yumruq kimi birləşərək həll edə bilməyəcəyimiz problem yoxdur .
Sizə böyük hörmətlə Xəzər rayonu Binə qəsəbəsi , Bolluq yaşayış massivinin sakinləri