Türkiyədə sabah büdcə ilə bağlı müzakirələrdən sonra Binəli Yıldırım Parlament sədrliyindən istefa verəcək. FaktXeber.com-un Haber3-ə istinadla verdiyi məlumata görə, bu AK Partidə İstanbul Böyükşəhər Bələdiyyə rəhbərliyinə namizədliyinin verilməsi ilə əlaqədardır.
Binəli Yıldırımın istefadan öncə mətbuat konfransı keçirəcəyi və hazırladığı qanun layihəsini ictimaiyyətlə paylaşacağı öyrənilib.