Dünən Binəqədi rayonu 300 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda esse-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdən öncə qonaqlar məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış Sevinc Süleymanova bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.
Müsabiqədə təqdim olunan 5 mövzu üzrə rayon ərazisində fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbindən 173 nəfər şagirdin yazı işi daxil olub, birinci mərhələdə iştirakçılardan 72 nəfərin yazı işi qənaətbəxş qəbul edilib, 10 nəfər şagirdin yazı işi isə rayon mərhələsinə vəsiqə qazanıb.
Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.