Binəqədidə ilginc olay – İcra başçısı xanım müavini ilə toqquşdu

Müstəqil.Az Mia.az-a istinad edərək bildirir ki Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla müavini Aygün Əliyeva arasında ciddi qarşıdurma yaranıb.
Belə ki, Mia.az-a daxil olan məlumata görə, icra başçısı müavinini yeyinti də ittiham edib, yoxlatdırsa da, ona gücünü göstərə bilməyib.
Belə ki, Aygün Əliyeva İcra Hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən tədbirlər üçün ayrılan maliyyə vəsaitini mənimsəməkdə ittiham edilib:
“Bundan xəbər tutan Rayon İcra Hakimiyyətinin başcısı Xaləddin İsgəndərov ciddi tapşırıq vərərək, məsələnin araşadırma aparılmasını tələb edib. Araşdırmanı aparanlardan biri də Xaləddin İsgəndərovun köməkcisi İskəndər  Cahangirzadədir. Araşdırma aparılanda aydın olub ki, müavin Aygün Əliyeva kurasiyasında olan rayon ərazisində fəaliyyət göstərən  səhiyyə ocaqlarından, təhsil müəssələrindən, baxçalardan hər ay “haqq” alırmış və həmin təşkilatlar üçün icra başcısı tərəfindən ayrılan vəsaitlərin bir qismi mənimsənilib”.
Məlumatda iddia olunur ki, bundan sonra köməkçi İskəndər Cahangirzadə Xaləddin İsgəndərova real vəziyyətlə bağlı məruzə edib. Lakin icra başçısı çox çalışsa da, Aygün Əliyevanı cəzalandıra bilməyib, əksinə, onu yoxlanmasında iştirak edən köməkçisini cəzalandırmaq məcburiyyətində qalıb: “Aygün Əliyeva yoxlamadan sonra hər kəsə  bildirib ki, bütün bu mənimsəmə hallarından başçının şəxsən xəbəri var və ondan icazəsiz heç nə etməyib. Nə qədər qəribə görünsə də icra başçısı Xaləddin İsgəndərov bundan sonra Aygün Əliyevanı deyil, onu faktla üz-üzə qoyan köməkcisi İskəndər Cahangirzadəni işdən azad edib”.
Məlumat sayta gec daxil olduğundan qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.
Müstəqil.Az

Share: