“Bir ağac-min nəfəs” aksiyası davam edir

“Bir ağac-min nəfəs” aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında təşkil edilib.

Vətəndaşlardan ümumi tutumu 123 litr olan plastik, 9 litr şüşə tullantı və 44 ədəd işlənmiş batareya təhvil götürülüb, əvəzində vətəndaşlara ağac tingləri paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır.

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya 18 noyabr tarixində  saat 11:00-da Binəqədi-Xırdalan şossesində yerləşən “Neptun” hipermarketin qarşısında keçiriləcək.


Share: