Türkiyədə mənzil sahibi olan xarici vətəndaşlar sırasında azərbaycanlı alıcılar üçüncü yerdə dayanır.
Müstəqil.Az “Qafqazinfo”və Türkiyə KİV-nə istinadən xəbər verir ki, xarici vətəndaşlarla aparılan satışların statistikası hesablanıb. Məlumata görə, oktyabr ayı ərzində edilən satışlara görə, Türkiyədən Səudiyyə Ərəbistanı vətəndaşları 528, iraqlılar 344, üçüncü yerdə qərarlaşan Azərbaycan vətəndaşları isə 278 mənzil alıblar.
Qeyd edilir ki, növbəti pillədə 154 mənzillə Küveyt, 125 mənzil ilə isə Rusiya qərarlaşıb.
Müstəqil.az