Bir çox ölkələrdən Ərdoğana dəstək…Tramp BUNU GÖZLƏMİRDİ: Dünya DOLLARI TÜRK LİRƏSİNƏ dəyişdirir

ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibə elan etməsindən sona müxtəlif ölkələr Ankaraya dəstək mesajları verir.

Müstəqil-Az Publika.az-a istinadla xəbər verir ki, Rusiya, İtaliya, Almaniya, İran, Pakistan, Livan və Qətər ABŞ-ın hücumları qarşısında Türkiyəyə dəstək verdiklərini bəyan ediblər. Bir çox ərəb ölkəsində isə dollarları türk lirəsinə dəyişdirmək üçün kampaniya başlayıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın Türkiyəyə hücumlarının heç bir nəticə verməyəcəyini bildirib.

İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi Türkiyə ilə həmrəylik nümayiş etdirdiklərini bəyan edib.

Almaniyanın iqtisadi və enerji naziri Peter Altmaier ABŞ-ın Türkiyə və Çinə qarşı gömrük vergisini artırmasını tənqid edib və bunun hüquqa zidd addım olduğunu bildirib.

“Türkiyə iqtisadiyyatının sabitliyi bizim də maraqlarımıza uyğundur”, – deyə o vurğulayıb.

Pakistanın Xarici İşlər Nazirliyi “Həmişə olduğu kimi yenə də Türkiyənin yanındayıq” deyə bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Türkiyənin milli valyuta ilə ticarət aparmaq çağırışına dəstək verdiklərini bildirib.

Qətərli yazar və media rəhbəri Jaber Əl-Harmi türkcə tvit ataraq, “ABŞ-ın Türkiyəyə iqtisadi müharibə elan etməsi gözlənilən şeydir. Türkiyənin müsəlman bir ölkə olaraq iqtisadi və siyasi baxımdan müstəqil olmasını qəbul edə bilmirlər. Lakin bəzi ərəblərin Türkiyəyə qarşı hücuma sevinmələri və dəstək vermələri böyük alçaqlıqdır” deyə yazıb.

Bununla yanaşı, Qətər vətəndaşlarının bir çoxu dollarlarını türk lirəsinə çevirərək, dəstək veriblər.

Livanın Saydada şəhərində də dolların türk lirəsinə çevrilməsi kampaniyası başlayıb.

Müstəqil.Az

Share: