Bir gün zivələrdən paltarlar intihar edəcək

Orxan Saffari
bir gün baş qaldıracaq,
külqabımdakı boynu bükük siqaretlər.
bir gün adamlar da geri qayıdacaq;
boynu bükük
 
bir gün divarlardakı bütün şəkillər
dilə gələcək,
Bezəcəklər tozlanmaqdan
bir gün saatlar da göstərməyəcək,
onun getdiyi vaxtı .
 
bir gün zivələrdən paltarlar intihar edəcək,
bezəcəklər asılmaqdan.!
 
-Mən biraz da narahatam əslində.
 
məncə,
ölülərin üstünə beton tökməyək
heç olmasa ölü ikən azadlıqların,
əllərindən almayaq.
məncə hamımız birləşib,
itkin düşən adamları axtaraq.
 
şəhid ailələrinə kompensasiyaları dayandırıb,
sərhədləri açaq
birdə qucaq dolusu
güllər ataq düşmənə.
 
-bir gün mütləq…..!

Share: