Bakıda bir neçə gün əvvəl avtomobil vuran şəxs xəstəxanada ölüb.
APA-nın xəbərinə görə, Ucar rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin məsləhətçisi Ramin İsmayılovu Bakı şəhərində bir neçə gün əvvəl avtomobil vurub.
Koma vəziyyətində 7 gün paytaxtda yerləşən xəstəxanaların birində qalan 47 yaşlı R. İsmayılovu xilas etmək mümkün olmayıb.
Mərhum Ucar rayonuna dəfn edilib.