Respublikanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli hakim Qərib Əliyevə ithaf edirəm
Bir Qərib tanıdım, hakim deyilən
Həqiqət carçısı olan bir insan.
Bir Qərib tanıdım, haqqa əyilən
Nahaqqın qatı sərt düşməni olan.
Nizamı əyilmiş, çökmüş dünyada
O, qərib doğuldu, Qərib adıyla.
Dedi: – Dönə bilməz, insan bu boyda
Axı, o, haqqa dost gəlib adıyla!
Cəngavər Türk oğlu olduğu üçün
Özünü döyüşdə axtardı ancaq.
Həqiqət carçısı olanlar bütün
Beşikdən qəbrədək haqq axtaracaq.
Xalqımın neçə gənc oğullarına,
Daima ədalət məktəbi oldun.
Fəxr ilə nə qədər igid başına
Hakimlik tacını sən özün qoydun.
Hərənin bir ömrü, bir həyatı var
Heyif ki, sonunu düşünmür çoxu.
Dünyada çoxunu qərib sayanlar
Yüz ölçüb, bir biçib yaşayır onu.
Aldanmaq istəmir gözəlliyinə
Çünki ötəridir gözəllik, qüvvət.
İnsan duya bilsə, öz gəldiyinə
Təəccübdən ancaq eləyər heyrət.
Bir Qərib tanıdım, haqqa əyilən
Namazlı, niyazlı saleh bir bəndə.
Onun qarşısında baş əyirəm mən
Bax, ona bənzəmək istərəm mən də.
Çoxunun bezikib fani dediyi
Dünyanı behiştə çevirmək olar.
Yaxşı ki, Allahın əmanət kimi
Bizi düşündürən Qəribləri var!
Qalib Nuriyev
Göyçay şəhəri.