Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu gün 33 illik müəllimlik təcrübəsi olan İbrahimova Sevda Yusif qızının da bayramıdır.
Sevda müəllimə 1960-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Gəncə şəhəri Səməd Vurğun adına 41 saylı orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından musiqi ilə məşğul olub. Gəncə şəhər 3 saylı musiqi məktəbində fortepiano təhsili alıb. Təhsilini başa vurduqdan sonra Gəncə şəhər Musiqi kollecində fortepiano üzrə təhsilini davam etdirib. 1991-ci ildə Gəncə şəhər Uşaq yaradıcılıq mərkəzində çalışıb. 1993-cü ildən Gəncə şəhər A.S.Puşkin adına 9 saylı orta məktəbdə çalışır. YAP-ın üzvüdür.
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Sevda müəlliməni təbrik edir, ona uzun ömür, cansağlığı və fəaliyyətinə müvəffəqiyyətlər arzulayırıq.