Əlverişsiz hava şəraiti səbəbilə 4 nəfərdən ibarət qrup Elbrus dağında qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kabardin-Balkar Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi öz teleqam kanalında məlumat yayıb.
“Elbrus dağında 5300 metr hündürlükdə 4 nəfərdən ibarət qrup hava şəraiti səbəbindən enə bilməyib və kömək istəyiblər”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, artıq beş nəfər və bir texnika turistlərin axtarışı ilə məşğuldur.