BİR QRUP ZİYALI VƏ İCTİMAİ FƏAL XALQA MÜRACİƏT ETDİ

Əziz xalqımız!
İki əsrə yaxındIr ki, xəyanətkar qonşumuz olan erməni qəsbkarları “Böyük Ermənistan” yaratmaq uğrunda mənfur ideyalarını həyata keçirmək üçün Azərbaycan torpaqlarında xalqımıza qarşı faciələr, soyqırımlar həyata keçirməkdə davam edir.
Təcavüzkar niyyətini heç vaxt dəyişməyən yarımüstəqil, işğalçı Ermənistan pandemiyanın dünyada, o cümlədən regionda tüğyan etdiyi bir dövrdə öz çirkin əməlindən əl çəkməyərək, Azərbaycan Dövlət sərhəddini yenidən pozmuşdur. Təxribat törədən düşmən odlu silahlardan atəş açaraq ikiqat müharibə şəraiti yaratmışdır.
 
COVİD-19 və mübarizə zərurəti!
Lakin bu mürəkkəb şəraitdə Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almış, ona qətiyyətli, sarsıdıcı zərbələr endirmişdir. Düşmənin xeyli miqdarda canlı qüvvəsi, hərbi-texnikası və sursatı sıradan çıxarılmışdır. Ordumuzun bu zərbələri nəticəsində düşmən tərəf qorxuya düşərək, cəbhə bölgəsindən qaçmağa başlamışdır.
Əziz xalqımız! Cəbhədə yaranan bu gərginlik bizdə müəyyən məyusluq yaratsa da, digər tərəfdən böyük qürur hissinə səbəb olmuşdur. Biz canlı bir tarixin şahidi olduq!
Düşmənin bu təxribatı zamanı həlak olan Şəhidlərimizi xalq böyük ruh yüksəkliyi ilə, alqışlarla, öz balası kimi son mənzilə yola saldı.
ALLAH HƏR BİRİNƏ RƏHMƏT ELƏSİN!
Vətən oğullarımız cəbhə bölgəsinə can ataraq, əsgərlərimizlə çiyin-çiyinə döyüşmək istəyini nümayiş etdirdi. Milli dövlətçilik şüurunun yeni təkamül müstəvisinə keçmiş on minlərlə vətəndaşımız möhtəşəm bir yürüşə imza atdı. Onlar orduya, Ali Baş Komandana dəstəyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması üçün müharibəyə, səngərə atılmağa hazır olduqlarını bildirdilər. “Azərbaycan!”, “Torpaqlarımıza azadlıq!”, “Qarabağ!”, Şəhidlər ölməz, vətən bölünməz!” adlı şüarlarını səsləndirərək paytaxtımızın küçələrinə axışdı. Bu yürüşə ətraf rayonlardan, qəsəbələrdən də qatılanlar çox oldu. Bu yürüş vətənə olan sevginin təzahürü idi. Hər bir yurddaşımız səfərbərlik istəyirdi. Hansı xalqın bu qədər könüllüsü vardır? Bu çox möhtəşəm və qürurverici idi!
Bütün dünya azərbaycanlıları, həmçinin Avropada yaşayan həmvətənlərimiz yekdilliklə ayağa qalxdı, “Vətənimiz Azərbaycan, səninləyik!” dedilər. Vətən uğrunda döyüşə hazır olduqlarını bildiridilər.
Yürüşdə polis, ordu və xalqın həmrəyliyi, ümumi məqsəd naminə coşğu ilə birgə addımlaması, xalqımızın bütövlüyünün, yüksək ictimai mədəniyyət göstəricisi olaraq dünya üçün də bir nümunə oldu. Xalqın əzmini sındırmaq, vətənpərvər ruhuna kölgə salmaq istəyənlərin qanunsuz əməlləri yürüş iştirakçıları və polisin birgə səyləri nəticəsində baş tutmadı. Düşmən dəyirmanına su tökənlər və düşmənin özü də gördü ki, Azərbaycan xalqı öz birliyini qoruyub saxlamışdır. Qarabağın işğalı ilə barışmayan xalq torpaqlarını müharibə yolu ilə azad etmək, şəhidlərimizin qisasını almaq üçün Ali Baş Komandamızdan müharibə əmri almaq niyyəti ilə ayağa qalxmışdır. Mənasız fikirlərə düşən ermənilər və havadarları bir daha anladılar ki, uzun illərin əsarəti, zülmü, işğalı altında yaşamağa məhkum olan xalq nəinki Qarabağı ala bilər, hətta ata-baba yurdumuz olan İrəvanı da ələ keçirə bilər! Bu yolda qazi və ya şəhid olmağı həyat amalı, məslək əqidəsi hesab edən xalqın Mübariz İbrahimovları çoxdur! Əsas məqsəd torpaqlarımızı azad etməkdir!
Bütün bu dediklərimizi nəzərə alaraq hər bir vətəndaşımıza ikiqat müharibə şəraitində daha da məsuliyyətli, həmrəy olmağı, ümumi və həlledici qələbə naminə öz fəaliyyəti sahəsində bacardığı qədər fayda verməyi arzu edirik.
Hörmətli Xalqımız!
Böyük sərkərdə Napoleonun “General olmaq istəməyən əsgər əsgər deyil” fikrinə diqqət yetirsək, görərik ki, ölkəmizdə yetişən bu cür generalların sayı heç də az deyil. Həzi Aslanov, Məhəmməd Əsədov, İsmət Qayıbov kimi fədailərimizi buna misal göstərmək olar.
Onların layiqli davamçısı kimi biz bu yaxınlarda ön cəbhədə əsgərlərimizlə bir sırada çiyin-çiyinə vuruşan qəhrəman generalımız Polad Həşimovu gördük. O generalı ki, aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlət tərəfindən mükafat olaraq ona verilən evi bir şəhid ailəsinə bağışlamışdı. O general ki, indiki döyüşlərdə canından artıq sevdiyi vətəni, xalqı yolunda vuruşaraq fədakarcasına şəhid oldu.
Xalqımız döyüş zamanı dördüncü generalını itirdi.
Unutmayaq ki, bu generallarımızın hər birinin ölümü iyrənc qonşularımızın məkri sayəsində həyata keçib.
Əminik ki, dövlətimizin keşiyini çəkən, vuruşan, fədakarlıq göstərən, qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz dövlətimiz tərəfindən öz layiqli qiymətini alacaqdır.
Əziz həmvətənlər!
Vətənin çətin günlərində yüksək vətənpərvərliyinizlə, birliyinizlə, Dövlətimizə və rəşadətli Ordumuza göstərdiyiniz möhtəşəm dəstəyinizlə qürur duyuruq və sizinlə həmrəy olduğumuzu bildiririk.
ALLAH şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza şəfa versin! Azərbaycan Respublikasına Xidmət edirik!!
Sadiq Qarayev- yazıçı, alim
Alim Kəngərli- yazıçı
Nəcibə İlkin- şair-publisist
Afiq Məmmədov- AMEA, Vitse Prezidenti Xidmətinin elmi katibi.
Asif Mehralıyev-biologiya üzrə fəlsəfə doktoru.
Aynur Xəlilova- filologiya üzrə fəlsəfə doktoru.
Sevinc Quliyeva- biologiya üzrə fəlsəfə doktoru.
Zeynəddin Şabanov-fəlsəfə,üzrə fəlsəfə doktoru.
Sənan Həsənov-siyasi elmlər üzrə fəlsəfə doktoru.
Şahlar Göytürk- filologiya üzrə fəlsəfə doktoru.
Kamal Camalov- Pedoqogika üzrə fəlsəfə doktoru
Səyyarə İbadullayeva-biologiya üzrə elmlər doktoru, professor.
Ismayıl Məcidli-aqrar elmlər üzrə fəlsəfə doktoru, yazıçı
Əlisahib Hüseyinli- Elmi Tədqiqat Meşəçilik İnstitunun şöbə müdiri
Yeganə Bayramova- filoogiya üzrə fəlsəfə doktoru
Mərziyə Nəcəfova- baş elmi işçi, filologiya üzrə elmlər doktoru
Rasim Heydərov- filologiya üzrə fəlsəfə doktoru
Teyyub Quliyev- filologiya üzrə fəlsəfə doktoru
Elza Mollayeva- Pedaqogika üzrə fəlsəfə doktoru
Əsəd Cahangir – ədəbi tənqidçi
Füruz Mustafa- daramturq
İlqar Türkoğlu – şair, hüquqşünas
Ayaz Arabaçı- şair
Ramiz Qusarçaylı- şair
Vaqif Hicran- şair
Bilal Ararlı- şair, alim
Arifə Əliyeva – AYB-nin kadrlar üzrə katibi
.Nazlı Çələbi- həkim, şair
Rizvan Cəfərli- hüquqşünas, şair
Xalidə Niray- şair
Abdulla Məmməd- şair, pedaqoq
Naibə Yusif- şair, yazıçı, pedaqoq
Murad Köhnəqala- şair, yazıçı
Narıngül Nadir- şair
Adilə Nəzər- filologiya üzrə fəlsəfə doktoru, şair
Şəfəq Sahibli- şair
Sübhan Abasbəyli- şair
Mahirə Nərimanqızı- qəzəlxan- şair,
Bəsti İsmayılova- pedaqoq, publisist
Süleyman Abdulla- şair, qazi
Faiq Balabəyli- şair-publisist
Gülqədəm Mirzəzadə- bəstəkar, şair
Gülnarə Sadiq- şair-yazıçı
Naidir Ziyadlı- jurnalist, pedaqoq.
Əlizaman Baxış-şair- pedaqoq
Yaşar Süleymanlı- yazıçı
Oruc Orucov- Dövlət qulluqçusu
Kənan Hacı- yazıçı
Şərafəddin İlkin- şair
Zaur Qəriboğlu- yazıçı, telejurnalist
Aləmzər Sadiqqızı- şair
Fazilə Qaffar qızı- yazıçı
Əli Əlibəyli- şair
Xatirə Rəhimli- şair, hərbiçi jurnalsit
Aysel Xanlarqızı Səfərli- şair, jurnalsit
Səfa Rəşid- şair
Əli Bəy Azəri- şair jurnalsit
Rəfiqə Abbasova- həkim, şair
Nazilə Gültac- həkim, şair
Zaur Ustac – şair-jurnalsit
Vasif Süleyman- şair
Oktay Səfioğlu həkim, şair
Yaşar Bünyad- yazıçı
Kəmalə Rəhimli- jurnalist
Ummuxanım Hüseynzadə- müstəqil politoloq
Arif Məhərrəmov- Çeçenistan Xalq Qəhrəmanı, qazi
Kəmaləddin Qədim- şair
Kəramət Böyükçöl- yazıçı
Reyhan Kənan- şair
Zeynədb Dərbəndli- şair-müğənni
İldırım Qəhrəmanov- şair
Aida Adıgözəl- şair
Dərya Qılıc yazıçı
Elçin Bağırov- şair
Savalan Talıblı- jurnalsit
Meyxoş Abdullah- yazıçı
İlham Qazaxlı- şair
Əlővsət Tahirli- şair
Arzu Göytür- şair, pedaqoq
Rəşad Məhəmmdəoğlu- yazıçı
Şiringül Musayeva- yazıçı
Məhəmməd Nərimanoğlu- şair,publicist
Ayaz İmranoğlu- şair
Sevda Mikayılova- şair, pedaqoq
Xalidə Hicran Seyidova- rəsssam, şair
Loģman Qorqud Əjdərov-şair, filosof
Xatirə Rzayeva- şair
Vüsal Ağayev- şair
Təvəkkül Goruslu- şair
Fəxri Müslüm- şair
Namiq Cəfərli- şair
Gülər Natiq İsaq- şair
Lipar Cəmişidqızı- şair
Elvin Firidunoğlu- şair
Vüsal Oğuz- şair-pedaqoq
Mələk İsmayıl- şair.
Mərdan Dadaşlı- şair, pedaqoq
Mətanət Duyğulu- şair
Təranə Əliyeva- şair, radio jurnalsit
Xuraman Camalqızı- şair
Elli Atayurd- şair
Elməddin Həbiboğlu- şair
Səbahəddin Çingizolu-şair
Qabil Ədalət- şair
Zaur İbrahimoğlu – şair, pedaqoq
Əntiqə Qonaq- hərbiçi jurnalist
Fatma Allahverdiyeva- yazar
Gülhüseyn Kazımov – QHT sədri
Ədib İsaoğlu- ictimai fəal.
Çiçək Həsənova- ictimai fəal
Zülfiyyə Yaqub dzayner, şair
Tərlan Salehi- ictimai fəal
Mahmud Yusifli- ictimai fəal
Seyidnisə Bağırova- ictimai fəal
Gülağa Rəfiyev- ictimai fəal
Toma Kərimli- ictimai fəal, yazar
Zakir Mustafayev- ictimai fəal
Sənan Nemətov ictimai fəal
Nicat Məmmədov ictimai fəal
Famil Əşrəfov- ictimai fəal.
Anna Mir- jurnalist
Solmaz Elqızı- şair
Cabir Ağaoģlu – şair
Share: