Bir qrup ziyalı və tanınmış ictimaiyyət nümayəndələrinin Mehriban xanım Əliyevaya müraciəti

Bir qrup ziyalı və tanınmış ictimaiyyət nümayəndələrinin Mehriban xanım Əliyevaya müraciəti

Bir qrup ziyalı və tanınmış ictimaiyyət nümayəndələri   Azərbaycan radiosunun aparıcısı, jurnalist  Günel Natiqin səhhəti və müalicəsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Müstəqil.Az Müraciətin mətnini təqdim edir:

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti,
Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyevaya

Tanınmış ictimaiyyət nümayəndələ  tərəfindən

 Müraciət

Hörmətli Mehriban xanım!
Möhtərəm Prezident cənab İlham Əliyevin və Sizin mədəniyyət, eləcə də media sahəsinə xüsusi diqqət və qayğınız  hər bir Azərbaycan vətəndaşına məlumdur.
Söz və sənət adamlarına həssas münasibətinizə güvənərək Sizə tanınmış yazıçı, jurnalist, radio aparıcısı Günel Natiqin ağır xəstəliyi ilə bağlı müraciət edirik.
Günel Natiq Natiq qızı (Günel Natiq) 1976-cı ildə Bakı şəhərində, tanınmış tərcüməçi Natiq Səfərovun ailəsində dünyaya gəlib. On yeddi yaşında ikən o, Azərbaycan radiosunun ən gənc redaktoru vəzifəsində çalışıb. Günel Natiqin ədəbi yaradıcılığı və jurnalist araşdırmaları öz orijinallığı ilə ədəbi mühitdə daim maraq doğurub. Müəllifi olduğu radio verilişləri yazara böyük dinləyici auditoriyası qazandırıb.
Günel Natiq Azərbaycan Radiosunda məşhur “Qərib axşamlar” verilişinin müəllifidir. “Qərib axşamlar” ilk illərdə qaçqın və köçkünlərimizin  həyatına dair radio hekayələr formatında yayımlanıb.
Azərbaycanın və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyi ilə dinləyicilərə dolğun şəkildə çatdırılıb.

Günel Natiq: "Hazırda elə bir mərhələdəyəm ki, əməliyyat ...
90-cı illərdən başlayaraq milli kimliyimizin tanıdılmasında xüsusi rolu olan “Gündoğandan-günbatana” verilişinə müəlliflik edən Günel Natiq bu layihə çərçivəsində qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələrimiz haqqında silsilə proqramlar hazırlayıb.
Günel Natiq həmçinin AzTV-də yayımlanan, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Şəbəkə” proqramının müəllifi və aparıcısı olub.
2012-ci ildə Azərbaycan Radiosunda həm məzmunca, həm də formaca yeni veriliş olan “Söz naxışı” Günel Natiqin ən maraqlı layihələrindən biri kimi ictimai maraq doğurub. Verilişin hər sayı tədqiqat işi kimi incələnərək, sözlərin mifoloji kökləri araşdırılıb, həmçinin, fəlsəfi və elmi-estetik təhlilləri verilib.
Hörmətli Mehriban Xanım!

Yeddi kitabın, ölkə daxilində və xarici mətbuatda dərc olunan onlarla  məqalənin müəllifi,  Azərbaycan radiosunun inkişafında xüsusi xidmətləri olan istedadlı jurnalist  Günel Natiq illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aldığı müalicələr nəticəsində orqanizmdə xərçəngin inkişafı müvəqqəti olaraq dayansa da, bir neçə aydır xəstəlik yenidən baş qaldırıb. Təəssüflər olsun ki, hazırda səhhəti ağırlaşan Günel xanımın yenidən müalicə alması üçün tələb olunan maddi imkanı yoxdur.
Biz – bu müraciəti imzalayan ictimaiyyət nümayəndələri və ziyalılar böyük ümidlə Sizdən Günel Natiqin müalicəsinə kömək göstərməyinizi xahiş edir, qələm dostumuzun Sizin dəstəyinizlə yenidən sağlam həyata qovuşacağına inanırıq!

Hörmətlə:

Ramiz Rövşən – Xalq şairi
Sabir Rüstəmxanlı – Xalq şairi, VHP sədri
Vahid Əziz – Xalq şairi
Aqil Abbas – Millət vəkili, yazıçı
Fazil Mustafa – Millət vəkili, BQP başqanı
Yasin Qarayev – Xalq artisti, aktyor
Sabir Məmmədov – Xalq artisti, aktyor
Eldost Bayram – Xalq artisti, diktor
Əli Məhəmmədoğlu – Xalq artisti, diktor
Seyran Səxavət – yazıçı, AYB üzvü
İntiqam Qasımzadə – “Azərbaycan” jurnalının baş redaktoru
Qulu Ağsəs – “Ulduz” jurnalının baş redaktoru
Məmməd Oruc – yazıçı, AYB üzvü
Rüstəm Behrudi – şair, AYB üzvü
Səfər Alışarlı – yazıçı, AYB üzvü
Murad Köhnəqala – yazıçı-publisist, AYB üzvü
Vaqif Əlixanlı – yazıçı, Əməkdar mədəniyyət işçisi
Bəsti Əlibəyli – ədəbiyyatşünas, tənqidçi, “Azərbaycan” jurnalında şöbə müdiri
Zemfira Məhərrəmli – yazıçı-publisist, Əməkdar jurnalist
Elçin İsgəndərzadə – AYB Qarabağ bölməsinin sədri, Texnika və Filoloğiya elmləri doktoru, professor
Fərid Hüseyn – AYB Gənclər Şurasının sədri
Seyfəddin Hüseynli – “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru
Şahbaz Xuduoğlu – “Qanun” nəşriyyatının direktoru

Faiq Balabəyli- Müstəqil.Az saytının baş redqktoru, şair
İntiqam Yaşar – Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı
İlqar Türkoğlu – İntellektual Hüquq Mərkəzinin direktoru, AYB üzvü
Pərviz Cəbrayıl – “Qaynarinfo.az” saytının baş redaktoru
Həbibə Abdulla – AFN.az portalında baş redaktor
Samirə Əşrəf – yazıçı, Gənc Tamaşaçılar Teatrının mətbuat katibi
Ülviyyə Heydərova – yazıçı, dramaturq, AYB üzvü
Mətanət Vahid – yazıçı, esseist, AYB üzvü
Aysel Fikrət – yazıçı, Azərbaycan Milli Konservatoriyasında mətbuat katibi
Fariz Yunisli – folklorşünas, Mədəniyyət Nazirliyinin əməkdaşı
Narıngül Nadir – yazıçı, “Qobustan” jurnalının əməkdaşı
Namiq Dəlidağlı – şair, AYB üzvü, manevr.az saytının baş redaktoru
Anar Bayramoğlu – jurnalist, “Ayna.az” saytında redaktor
Etimad Başkeçid – yazıçı, Tərcümə Mərkəzində şöbə rəhbəri
Minəxanım Nuriyeva – Təkəli – Filologiya elmləri doktoru, professor
Flora Naci – Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru
Sönməz Abbaslı Yurttaş – filologiya üzrə fəlsəfə doktoru
Mail Yaqub – sosioloq, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru
Şəhla İbişova – “Manera.az”ın baş redaktoru
Yusif Məhəmmədoğlu – Xəbərlər İnformasiya Agentliyinin baş redaktoru
Elçin Musaoğlu – rejissor, “Aztelefilm” yaradıcılıq birliyinin rəhbəri
Qiymət Məhərrəmli – AMEA, filologiya üzrə fəlsəfə doktoru
Havar Şəfiyeva – jurnalist, “Yeni Azərbaycan” qəzetinin müxbiri
Firuzə Məmmədli – şair, filologiya üzrə fəlsəfə doktoru
Nərgiz Cabbarlı – tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

Share: