Səadət QƏRİB
OĞLUMUN İŞİ ÇOX
Bir ata oğluna zəng edib, dedi;
– Ay oğul, yanıma gələ bilərsən?
-Yox ata, qayğılar yaman çoxalıb,
dünəndən işlərim yarımçıq qalıb.
De görüm istəyin nə idi yenə?
İşimdən ayırdın, nə deyim sənə?
– Bağışla ay oğul, işindən oldun,
Gələcəm demişdin, bəs,harda qaldın?
Həsrətəm boyuna, kövrək səsinə,
Həsrətəm qoxuyan
gül nəfəsinə.
Telefon düşəcək sanki əlindən,
Yer oynayacaqdı sanki yerindən!
– Ay ataa!!!
El çək, qoy, görüm işimi,
Bilmirəm neynirsən sən gelişimi.
İşim çox olduğun sən ki, bilirsən,
Buna baxmayaraq, israr edirsən.
Telefon bağlandi üzünə onun,
oğul eşitmədi sözünün sonun…
İller ucub getdi göz qırpımında,
bir gün oğul salıb atani yada.
Gecəni durmadı, yola düzəldi,
səhəri atanin evinə gəldi.
Qapıda bir paslı qıfıl asılmış,
eləcə açarı üstündə qalmış…
Diksindi qonşunun xəpdən səsinə,
“Atan artıq yoxdur” bu kəlməsinə.
Dondu heykəl kimi nitqi tutuldu,
çöküb yerindəcə yerə oturdu.
– Bəs niyə bir xəbər vermemisiz siz?
Onu dəfn etmisiz məndən xəbərsiz?
Zəng etmək istədik
izn vermədi,
Sonra yaşamasi uzun sürmədi.
Son sözü,”Oğlumun işləri çoxdu”,
-Mənə ayıracaq zamanı yoxdu….
GECƏNİ BALAMTƏK BASDIM BAĞRIMA
Qaranlıq gecənin səssizliyində
Seyr etdim , doymadan ulduz selini,
Kim bilir, bəlkə də ,sen də mənimtək
Tutubsan gecədən bomboş əlini.
Qəribə dünyadır , qəribə həyat
Yaddaşdan silinməz ötən bircə çağ.
Qəlbimdə yurd salıb pərişan illər,
Onlara hər gecə açıram qucağ.
Yadigar qoyubsan xatirələri,
Hara qaçıramsa,boylanır acım .
Səhər dalğa- dalğa gəlir üstümə,
Fikirli gecələr olub əlacım.
Ağlama ürəyim, ağlama , bəsdir,
Baxıb köks ötürmə ,ötən keçmişə.
Sevgidən danışma, heç yeri deyil,
Niyə yas tutursan, olub- bitmişə?…
Ruhum sevə bilməz daha heç kimi
Kimsə məlhəm olmaz acı,ağrıma.
Ağlaya- ağlaya kor oldu gözüm
Gecəni balamtək basdım bağrıma.
SEVGİ DAĞINDA ƏN UCA ZİRVƏYƏM
Ey әhdә bivəfa, sənədir sözüm,
Sənə güvənmirəm mən evvəlkitək.
Ölümün gözünə dik baxır gözüm,
Ölümdən ağırdı, güvənc itirmək.
Həm aydın səmaydın, həm zülmət gecə,
Bimirdim yalansan , yoxsa həqiqət…
Kimsəni ömrümdə sevmədim belə,
Gözümdə böyütdüm mən səni əlbət.
Fəqət, gec də olsa gözüm açıldı…
Sevincim yox oldu, dərdü-qəm qucdu…
Ömrün sınağından ayrıldı yollar,
O andaн ruhum da canımdan uçdu…
Nəyimə gərəksən, innən sonra, де…
Üzündə üz varmı mənə baxmağa?
Dumanlıq içində ” Günəş” axtardım
Səndə hünər hanı “Günəş “olmağa…
Arzumun tufantək coşan anında,
Ümiddən gurlayan, çaxan şimşəyəm!!!
Sən mənim sevgimə layiq olmadin,
Sevgi dağında ən uca zirvəyəm!!!
ŞƏHİD VƏ ANASI
Ağlama, ay ana, qurbanın olum,
Oğlun ucalıbdı Şəhid adına.
Tək bir göz yaşına dözə bilmirəm,
Bilmirəm mən necə çatım dadına.
Vətəni sevdirib, mənə demişdin,
Vətənçün fədakar olmaq gərəkdir.
Indi unutmusan, göz yaşın durmur,
Ağlama, ana can, bu bir şərəfdir.
Daha çox düşməni məhv edəcəkdim,
Bu yolu könüllü özüm seçmişdim.
Xocalı zülmünə qisas almağa,
Göz dağı verməyə mən and içmişdim.
Hələ Qarabağım gözləyir bizi,
Bu ad yaddaşların əbədi rəsmi.
Ağlama, ana can, belə düşün ki,
Oğlun ölməyibdir, getsə də cismi.
Şəhid anasısan məğrur dayan sən,
Fəxr elə oğlunla, bu bir zinətdir.
Vətənçün, torpaqçün ölən hər kəsə,
Əbədi mükafat -yeri cənnətdir.
EŞQİM
Eşqimdən yazacam şeir diliylə,
Eşqimin dilinden söz almış kimi.
Alnımın şeiri ele yazılmış
Lap əruz vəznində yazılmış kimi.
Eşqim vəfalıdır, tutmuş sözünü,
Hər zaman demişdir sözün düzünü.
Yanıb-yaxılanda asmış özünü –
Gözümdən damlalar asılmış kimi.
Eşqimə ağlım da çaşıb mat qalıb,
Duyğu dənizimdə o haray salıb,
İlk gündən qəlbimi əlimdən alıb –
Döyüşdə zəfəri qazanmış kimi.
Eşqimin gözləri duman, çənimdir
Ruhumun saçına düşən dənimdir.
Ölsə də, qalsa da bu eşq mənimdir –
Məzarı qəlbimə qazılmış kimi.
ÖLƏN SEVGİMİZƏ YAZIĞIM GƏLİR
Yarpaqtək ayrıldı budaqlarından
Göz yaşı süzüldü yanaqlarından.
Əbədi gülüşü dodaqlarından
Silən sevgimizə yazığım gəlir,
Ölən sevgimizə yazığım gəlir.
Həyatı məhv oldu eşq xatasına,
Ürəklər alışdı, ah sədasına.
Vüsaldan ayrılıb hicran yasına,
Gələn sevgimizə yazığım gəlir,
Ölən sevgimizə yazığım gəlir.
Qönçəydi, açmamış tez solduğunu,
Gözlər bulud kimi hey dolduğunu,
Ayrılıq odunun nə olduğunu,
Bilən sevgimizə yazığım gəlir,
Ölən sevgimizə yazığım gəlir.
GÖZLƏDİM YUXUMA QONAQ GƏLƏSƏN
Çəkilib bir yana, qısılıb küncə,
Hicranın odunda yandım gizlicə,
Bircə arzu ilə yatdım hər gecə,
Gözlədim yuxuma qonaq gələsən.
Gözlədim ümidlə, min bir diləklə,
Düşündüm gələrsən əsən küləklə,
Səni mən sevmişdim təmiz ürəklə,
Gözlədim yuxuma qonaq gələsən.
Ürəyim bu dərdə dözməyir daha,
Bu eşqin acısı gəldi çox baha,
Gümanım qalıbdır bircə – Allaha,
Gözlədim yuxuma qonaq gələsən.
Kaş ki həyatımda qala biləydin,
Məni tənhalıqdan ala biləydin,
Barı, yuxularda gələ biləydin,
Gözlədim yuxuma qonaq gələsən.
Çarəsiz, əlacsız qaldıq ikimiz,
Kimsələr bilmədi nədir dərdimiz.
Qalsın qəlbimizdə bir sirr ,sevgimiz,
Gözlədim yuxuma qonaq gələsən.
Nakam eşqimizin kədər, qəmisən,
Nisgilli könlümün tək məlhəmisən,
Təkcə yuxularda sən həmdəmimsən,
Gözlədim yuxuma qonaq gələsən.
Nə olar, yuxuma qonaq gələsən?…
EŞİT ÜRƏYİMİN DÖYÜNTÜSÜNÜ
Könlümdə açılıb yaz çiçəkləri,
Nərgiz, bənövşələr, lalə, yasəmən.
Bələdçim ürəyim, ümid diləyim,
Gəlmişəm sevgimlə hüzuruna mən.
Ürəyin köksümdə durur əmanət,
Bəslədim mən onu məhəbbətimlə.
Bir gün qovuşarsam əbədiyyətə,
Bil ki gedəcəyəm sədaqətimlə.
Sanma ki, mən sənsiz yalnız yaşadım,
Biz elə çox idik, sandığından çox.
Xəyallar ,anılar, xatirələrim –
Onlartək vəfalı başqa kimsəm yox.
Arzular ümmantək aşıb, daşanda,
Dənizdə, dalğada coşub çağladə.
Ləpələr üstündə ümid azanda,
Uşaqtək dodağın büzüb ağladı.
Daha şeirlərim dil aça bilmir,
Gizlədir sevgimin hər kəlməsini.
Qoy sənə sevgimi gözlərim desin,
Eşit ürəymin döyüntüsünü.