Müstəqil.Az bildirir ki, bu gün nakam şairimiz Mikayıl Müşfiqin anım günüdür.Tanınmış və sevilən şair Ayaz Arabaçı öz facebook səhifəsində onunla bağlı duyğularını paylaşıb…
Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərindən məni ayırsan.
Sən mənim qəlbimin qapılarını,
Neçin gah açırsan,gah bağlayırsan..
Bir dəfə İlyas Tapdıqla dəniz sahilində çay içirdik.Şair çox maraqlı xatirələrə baş vurmuşdu.
Gördüyü adamları,gəzdiyi ölkələri,şahid olduğu hadisələri o qədər gözəl təsvir eləyirdi ki,adam dinləməkdən doymurdu.
Mən arada ona özüm üçün maraqlı olan suallar verir,eşitdiyim bəzi şeylər barədə ustadın dilindən yəqinlik hasil eləyirdim..
Birdən sahil boyu şaqraq bir musiqi yayıldı..”Sən Müşfiqin yanında qal,qal,sənə qurban”..
Şair dərin bir fikrə getdi,sonra hüznlü bir səslə sanki Müşfiqlə danışırmış kimi ,eh ay Müşfiq,gör indi nə qədər at oynadan ölü şairlər var dedi,fərqindəmisən.
-Mən ona,qağa ,bir az Mikayıl Müşfiq barədə də danış dedim…
Gülümsündü..
Hə, bir xatirəm var qoy onu, danışım..
-Bir dəfə Yazıçılar İttifaqında tədbir var idi,biz gənc şairlər də fürsəti qaçırmayıb getmişdik ora.Əsas məsələ tədbir-zad yox,bir sıra ünlü yazıçı və şairləri yaxından görmək,onlara salam vermək şərəfinə nail olmaq idi..
Tədbirə hələ vardı.
O zaman üçün bizə xeyli doğma,ağsaqqal bir şairin başına yığışıb söhbətlərini dinləyirdik.(Mən indi o şairin adını etik baxımdan doğru olmaz deyə çəkmirəm)
Səməd Vurğun bizdən aralıda açıq pəncərənin qabağında papirosunu tüstülədirdi..
Uşaqlardan biri həmin o ağsaqqal və ədabaz şairə dedi ki,siz Müşfiqi görmüşdünüz o necə şair idi?
O da etinasız bir şəkildə əlinin dalı ilə havanı itələyərək elə sizi kimi şair idi dedi.
Səməd Vurğun bu sözləri eşidib papirosuna dərin bir qüllab vurdu və ona tərəf döndü:
-Ayə,adamın allahı olar,o səndən də məndən də yaxşı şair idi dedi və ağır-ağır addımlayıb uzaqlaşdı..
Bir-birimizə baxdıq,içimiz yenidən fərəhləndi…