Xarici ölkələrdə çalışan dənizçilər etiraz edirlər.
Müstəqil.Az-a bu barədə DSD İB-nin sədri Faiq Balabəyli məlumat verib.
Onun sözlərinə görə DSD İB-nə bu məlumat uzaq səfərlər kapitanı, hazırda Birləşmiş Ərəb Əmirliyində çalışan Nazim Həbibov tərəfindən şatdırılıb.
N.Həbibov bildirib: “Azərbaycan Mərkəzi Bankı tərəfindən dörd bankın fəaliyyəti dayandırılıb və əmanətçilərin əmanətləri bloklanıb. Həmin banklarda təkcə əmanətlər deyil, həmçinin biz xariçi ölkələrdə rezident işçi kimi çalışan dənizçlərin ailələrimizə bu banklar vasitəsi ilə gondərdiyimuz halal,50-60 dərəcədə istinin altında, demək olar ki , günün 24 saatını işləyərək qazandığımız məvacibimiz də bloklanıb.
Pandemiyanın bu çətin donəminda yaranan çətinliklər azmıs kimi növbəti çətinliyi də ailələrimizə məhz bu banklar yaşadıb.
Gostərdiləri xidmətə görə banka faiz ödədiyimiz, ölkə iqtisadiyyatına az da olsa dəstək olduğumuz halda banklar bizə və ailələrimizə bu çətinlikləri yaşadır. Bankların süni şəkildə yaratdıqları bu süründürməçiliyə nə ad vermək olar?”
Nazim Həbibov onu da qeyd edim ki, BƏƏ-də fəaliyyət göstərən Azərbaycan Konsulluğu vasitəsi ilə Azərbaycanın Respublikası Xarici İşlər Nazirliyinə də məktubla müraciət etmişik, lakin hələ bir əsaslı nəticə əldə etməmişik. Təbii ki biz dənizçilər nəticə əldə edənə kimi mübarizəmizi dayandırmayacaqıq. Hesab edirəm ki, hər kəs üzərinə düşən vəzifəni vicdanla yerinə yetirsə,onu məsuliyyətlə dərk etsə belə problemlər də mövcud olmaz.Təəssüf edirəm ki,bu belə deyildir, deyə uzaq səfərlər kapitanı bildirib.
Müstəqil.Az