Birləşmiş donanmanın dəyəri 11 milyard dollardan çox olacaq

Birləşmiş donanmanın dəyəri 11 milyard dollardan çox olacaq

Bermud adasında qeydiyyatdan keçmiş “Golden Ocean Group Limited” və Belçikada yerləşən “CMB.TECH NV” şirkətləri “səhmə-səhm” qaydasında birləşmə üçün müqavilə imzalayıblar.

 

Müstəqil.Az “Seanews.az”-a istinad edərək  xəbər verir ki, birləşmə nəticəsində bir şirkətin – “CMB.TECH”-in qalacağı, “Golden Ocean”-ın “CMB.TECH”-in 100% törəmə şirkəti olan “CMB.TECH Bermuda Ltd.”-nin bir hissəsi olacağı planlaşdırılır.

Birləşmə 250-dən çox gəmidən ibarət donanma ilə dünyanın ən böyük şaxələndirilmiş gəmiçilik qruplarından birini yaradacaq.

“CMB.TECH”-in baş direktoru Aleksandr Saverisin sözlərinə görə, birləşmiş donanmanın dəyəri 11 milyard dollardan çox olacaq. “Golden Ocean”-ın baş direktoru Peder Simonsenin vurğuladığı kimi, bu, 87 müasir “Capesize” və “Newcastlemax” gəmiləri də daxil olmaqla, dünyanın ən müasir balker donanmalarından biri olacaq.

 

Təklif olunan birləşmənin şərtləri “Golden Ocean”-ın Direktorlar Şurası və “CMB.TECH”-in Müşahidə Şurası tərəfindən yekdilliklə təsdiq edilib.

Əməliyyat lazımi araşdırma, danışıqlar və müqavilənin bağlanması, hər iki şirkətin direktorlar şuraları və səhmdarları və tənzimləyici orqanlardan təsdiq tələb edəcək.

Tərəflər birləşməni 2025-ci ilin üçüncü rübündə başa çatdırmağı planlaşdırırlar.

Müstəqil.Az

Share: