“Biz Rusiya faşizminə qarşıyıq…”

“Biz Rusiya faşizminə qarşıyıq…”

Sərbəst fəaliyyət göstərən amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında erməni nasistlərinin və “Sasna tsrer” terrorçu qruplaşmasının üzvlərinin Yerevan küçələrindəki növbəti yürüşü barədə reportaj hazırlayıb. Virtualaz.org xəbər verir ki, jurnalist yürüş iştirakçıları ilə söhbətləşir. Onlardan biri deyir: “Biz erməni millətçiləriyik. Rusiyaya da qarşıyıq, Amerikaya da…”

Digər millətçi isə daha konkret danışır: “Biz Rusiya faşizminə qarşıyıq, Kreml faşizminə qarşıyıq. Biz Qərbin tərəfdarıyıq…”

Həmin yürüş iştirakçısı Nikol Paşinyan barədə də mövqeyini ifadə edir: “O, satqındır!”. Jurnalistin sualına cavab olaraq deyir ki, “Sasna tsrer” liderləri daha yaxşı baş nazir olardı. Onu müşaiyət edən digər iştirakçı-yaşlı erməni isə dəqiqləşdirir, “Sasna tsrer” lideri Jirayr Səfilyanın baş nazir kimi gördüklərini deyir.

 

Başqa bir yürüş iştirakçısı isə “biz həbsxanada yaşamaq istəmirik, azad yaşamaq istəyirik” deyir, kommunistləri, KQB-ni, SSRİ-ni bir daha görmək istəmədiklərini bildirir. Əlavə edir ki, Rusiya işğalçıdır, Ermənistanı işğal edib. Və Qarabağ müharibəsində Ermənistana kömək etməyib.

“Bizə belə kömək lazım deyil, bu işğaldır. Biz Avropanı istəyirik, Qərbi istəyirik, sivilizasiyanı istəyirik. Bizim 3 min il yaşımız var, təsəvvür edirsiniz?”,-həmin yürüş iştirakçısı deyir…

 

 

Müstəqil.Az 

Share: