Biz Tarixi, Tarix isə bizi yazacaq, deyirdi

Biz Tarixi, Tarix isə bizi yazacaq, deyirdi

Müstəqil.Az Oğuz AlpArslanın döyüş yoldaşı, 1995-ci ildə Cəlilabadd  doğulub, 2020 ci ilin noyabr ayının 6-da şəhadətə qovuşan və doğma Petrovka dəfn olunan Şəhid Həbibi Fizuli Nizami oğlu haqda yazısını təqdim edir:

Həbibi Fizuli Nizami oğlu
Fizuli döyüşə mənimlə birlikdə eyni gündə, döyüşün ilk günlərindən yollanmışdı.
Hər zaman üzündə təbəssüm gözlərində kədər var idi.
Döyüşə girmək üçün səbrsizlənirdi.
Biz Tarixi, Tarix isə bizi yazacaq deyirdi.
Qələbə bizimlə olacaq, tarixin ən fərəhli, ən bəxtəvər nəsli bizlər olacağıq deyirdi.
Nişanlı idi Fizuli, söz vermişdik ki , əgər sağ qalsaq və evə qayitsaq, subayların toyuna yiğişacağıq.
Eyni zamanda birlikdə toplanıb böyük bir məclis keçirəcəyik, Veteranlar olaraq .
Zarafatyana dedim ki, Karantindi virus var.
Gülümsədi)) —qaqa bizə də cərimə yazsalar daha noldu?))
Və o qanlı gecə …
Fizuli düşüncəli idi, dinib danışmırdı. Sanki nəsə hiss edibmiş kimi.Biz artıq Qubadlı zirvələrində idik.
Hiyləgər düşmənin gözlənilməz hücumu zamanı Son nəfəsinə qədər döyüşdü, ağır döyüşün sonlarında düşmənin sərsəri mərmisinə tuş gəlmişdi Fizuli.
Lakin yenə də Fizulinin üzündəki təbəssümü ala bilməmişdi o sərsəri mərmi.
O Gözlərini əbədi olaraq yumdu dünyaya.
Düşmənin həmləsi isə gözlədikləri kimi olmadı. Onlar öz qanlarında boğuldular.
Fizulini 7 saata qalxdığımız zirvədən çiyinlərimizdə endirərək uğurladıq evinə.
Silahdaşları olaraq bu bizim son vəzifəmiz idi.
Ama bilirik ki, ruhun şaddır qardaşım.
Çünkü sənin qisasını sənin qardaşların aldı.
Sənə güllə atan əllər qırıldı.
Qanın yerdə qalmadı!
Ruhun şad , məkanın cənnətdir!
Səni unutmayacağıq.
Silahdaşın, Oğuz AlpArslan
Share: