Bizi izləmədən çıxaranları necə öyrənək?

Bir-birini qarşılıqlı izləyən instaqram istifadəçiləri onu izləmədən çıxardığını görmədiyi üçün qarşı tərəfi təqib etməyə davam edir. Düzdür, bunu görmək üçün bir çox proqramlar var. Lakin sosial şəbəkə istifadəçiləri çox vaxt səhifəsinin oğurlanmasından ehtiyatlandığından belə proqramlardan istifadə etmirlər. 

Bəs heç bir proqramdan istifadə etmədən bizi izləmədən çıxaran səhifələri necə görə bilərik?

“Qafqazinfo” “NTV”ə istinadən bunun üsullarını təqim edir:

İlk olaraq kompüter vasitəsilə instaqramdakı ana səhifənizə daxil olun.

Daha sonra yeni pəncərədə cobanov.dev/instagram-a daxil oluruq və orada göstərilən kodu qeyd edirik. Bundan sonra öz səhifəmizə qayıdaraq boş hissədə “inspect” düyməsinə sıxırıq.

Bu dəfə açılan pəncərədə “consol” bölməsinə gəlirik və kodu bura qeyd edib “enter” düyməsini sıxırıq.

Bütün bu əməliyyatlardan sonra “RUN” yazısı olan ekran görünəcək. Bu düyməni kliklədikdən sonra izlədiyimiz, lakin bizi izləməyən instaqram istifadəçilərini təhlükəsiz şəkildə görə bilərik.


Share: