Bizi telefonda söyən erməni qonşu – Fəridə ZERO yazdı

Bizi telefonda söyən erməni qonşu – Fəridə ZERO yazdı

“Ağdərili insanlar içində ən təhlükəli millət ermənilərdir. Onlar sadəcə zopa və qorxu altında yaşatmaqla idarə oluna bilər” – bu sözlərə İsveç səyyahı Adam Mersin yazılarından birində təsadüfən rast gəlmişdim.

Orta məktəbin aşağı siniflərində oxuyarkən köhnə kitabxananın arxivindəki tozlu kitablar arasında “erməni xalq nağılları” adlı sovet nəşri bir kitab tapdım. Evə gətirib gizlin oxumağa başladım. Uşaq ağlı ilə erməni nağıllarını oxumağın xəyanət olduğunu düşünürdüm.

Heyrətlənmişdim. Olduqca gözəl nağıllar idi. “O dünya” ilə əlləşməyən, mifik obrazları, üçbaşlı əjdahaları olmayan nağıllar… Balaca uşaqların arzularından, xəyallarından, həyatlarından danışırdı. Böyüdükcə o nağılların hamısına başqa-başqa kitablarda rast gəldim – Skandinav nağılları, İsveç nağılları və s.

Nənəm heç vaxt onları sevmirdi. Dünyanın düz vaxtı axışıb Qarabağa, kəndlərə gələn erməni qadınlar adını yaza bilməyən, saya bilməyən, pul anlayışı olmayan uşaq qədər saf, məsum nənəmi aldadıb qır-qızılını, gümüş kəmərlərini, bahalı zər-xara parçalarını dəyərsiz mur-muncuqla dəyişib aparırmışlar. Uşaq kimi aldadırmışlar zavallı qadını.

Ermənilərə sonsuz nifrətim olmayıb mənim. Birinci Qarabağ müharibəsinin ağrı-acıları, evsiz-yurdsuz qalan insanlar, balasını itirən qadınlar – bütün bu mənzərələr mənim içimdə sadəcə müharibəyə nifrət yaradıb. “Hər şey günahı müharibədədir” – deyə düşünmüşəm.

Əhmədlidə xalamın üst qonşusu vardı. Sevda nənə. Altmış yaşlarında, üz-gözündən nur yağan, mehriban, qayğıkeş bir qadın idi. Fil xəstəliyindən əziyyət çəkdiyi üçün dördüncü mərtəbədən enib öz ehtiyaclarını almaq üçün dükana-zada çıxa bilmirdi. Xalam onun üçün çox vaxt öz cibinin puluyla bazarlıq edirdi.

Sevda nənə bizə çox mehriban idi. Nəslimizdə hanı ona ehtiram göstərirdi. Bizimlə ağlayıb-gülürdü, ən əziz adamımıza çevrilmişdi.

Heç vaxt öz ailəsi, nəsli, şəcərəsi haqda danışmırdı. Sual verəndə ağlayırdı. Deyirdi, heç kimimiz yoxdur. Göbələk kimi yerdən çıxmışam. Sadəcə, naxçıvanlı olduqlarını demişdi və o ləhcədə danışırdı. Savadlı idi. Rus dilini əla bilirdi.

Ərinin yasında məclisə gəlmiş qadınlardan biri ona Sevda yox “Anuşka” deyə müraciət edəndə xalam bundan şübhələnmişdi.

İllər sonra Sevda nənə köçüb getdi . Moskvada stomatoloq işləyən oğlunun yanına yerləşdi. Və bir gün xalama zəng edib Azərbaycanı, azərbaycanlıları söyüb-təhqir elədi. Dedi, mən illərdir bu nifrəti, qəzəbi içimdə necə gizlədirdim, bir Allah bilir, necə əzablı idi mənim üçün…

Qadın içindəki bütün nifrətini, xislətini qusub telefonu söndürdü.

Xalam şokda idi. Biz ağlayırdıq. Bu hadisədən sonra öz aramızda bircə dəfə də olsa o qadın haqqında danışmadıq.

Sevda nənə erməni idi. Və o qadın Bakıdan köçəndə, evi satanda içəridə nə qədər əşya vardısa özüylə aparmışdı. Bəlkə inandırıcı gəlməz sizə, qulpsuz fincanlara qədər “karopka”lara yığmışdı. O evdə yaşadığına aid bircə detal, lazımsız bir kağız parçası belə qoymamışdı.

İndi video və şəkillərdə Qarabağı boşaldan ermənilərə baxıram, adamın içində bir şey qırılır sanki. Qəzəb, nifrət qığılcımlanır içimdə başı kəsik kötüklərə baxdıqca. “Qarabağı boşaldın” əmrini necə dərin anlayıblarsa, ağacları belə kəsib aparırlar.

Dədəniz əkmişdi o ağaçları? O meşələri siz salmışdınız, alçaqlar?

Bəs, hanı “çiçəklənən Ermənistan”?

Bilirsiniz, it kimi bilirsiniz ki, bu qışı soyuqdan donmamaq üçün o ağaclara ehtiyacınız olacaq?!

Aparın. Yandırın çıxanda ev deyib içində yaşadığınız tövlələrinizi. Siz ev görməmisiniz, vallah, qınamırıq. Unitazı qucaqlayıb maşına qaldıran kişiyə ürəyim ağrıdı, miskin insan mənzərələri ürəyini ağrıdır adamın!

Bilirsiniz ,qolsuz, ayaqsız, gözsüz, insana qol da olmaq olur, ayaq da , göz də. Amma vətənsiz insana heç kim vətən ola bilmir, bunu şair sözü bilin, sentimental görünsə də həqiqətdir.

Kirayə həyatını hamımız yaşamışıq. Sənin olmayan divarların arasında keçən həyatı insan yaşanmışdan saya bilmir. Divara bir mıx vurmağa istək tapılmır qəlbində adamın. Bilirsən ki, müvəqqətidir, bilirsən ki, gedərgisən.

Siz kirayə qaldığı evlərdən çıxanda az qala divar kağızını da soyan insanlar kimi bir daha bura qayıtmayacağınızın qisasını alırsız “ev sahiblərindən”. İllərdi tikan üstündə oturmuşduz, hə?!

Biz heç vaxt bu tarixi unutmayacağıq.

İllər sonra belə hardasa partlayış səsi eşidəndə mənim gözlərimin önünə Gəncə terrorunda həyatına bais olduğunuz körpələr gələcək. Atası üçün ağlayan,” qoy gəlim yanına, mən də maşında “bagaj”da yataram, ata” – deyə hıçqıran Zəhranın səsi gələcək qulaqlarıma.

“Qarabağ” mahnısı oxuyan yaralı əsgərlər, ərinin tabutunu daşıyan cavan qadınlar gələcək. Boş giliz görəndə müharibəyə yox, sizə nifrətim alovlanacaq. Balaca, önəmsiz əşyalara daha gözəl hopur, gizlənir keçmiş.

Torpaqlarımızı təmizləyib gedin, düz edirsiniz. Məzarlarınızı, gorlarınızı da aparın.

Aparın ki, narahat ruhları gəzişməsin Şuşada, Cıdır düzündə.

Bizim babalarımız o torpaqlardan çıxanda bir ovuc torpaq götürmüsdülər. Onların məzarına tökülən bir ovuc torpaqdan bizim Mübariz kimi qəhrəmanlarımız, topçu Vüsallarımız, adını bilmədiyim yüzlərlə igidimiz cücərdi.

Unitazdan başqa aparacaq nəyiniz var özünüzə aid?!

Gedin bir az Paşinyana qulaq asın. Soruşur ki, iyirmi yeddi ildə biz niyə Şuşani abadlaşdırmamışıq?

Yer üzündə düşünə və sual verə bilən bir erməni peyda olub onun simasında.

Gedin, onu da gəbərdin günah keçisi olaraq.

O unitazı da aparın qoyun “Erməni xalq nağılları”nın ortasına!

Share: