(Yol boyu götür-qoy edirdim: Düşmən kimdir? Ölkə başçısını, vitse-prezidenti çaşdıran kimdir?..)
Çoxsaylı materialların nəticələrinə görə Azərbaycan Prezidenti, onun Vitse-prezidenti Azərbaycan-Ermənistan silahlı qarşıdurmasına öz möhürünü vurdu. Bu hər iki millətin genetik xilası üçün çox güclü və məntiqli möhür idi. Və bundan oyana möhür yoxdur. Bu müharibədə və yaxud qanlı qarşıdurmalarda çox ailə oldu ki, (həm ermənilər, həm də azərbaycanlılar tərəfindən öz övladlarını tanımadılar. Neçə əsgər cəsədi qarışıq düşdü. Bu kimin və yaxud kimlərin faciəsi idi. Cənab erməni xalqı!.. Bu ağır faciəni sizli-bizli yaşadanları tanıdınızmı? Tez-tez maskalarını dəyişdikləri üçün heç biz də tanımadıq. Amma Tanrının verdiyi torpaqları qorumaq üçün səngər qazdıq, döyüşə atıldıq. Biz Sizinlə vuruşmadıq. Biz Azərbaycan torpaqlarına göz dikən, onu viran qoyan düşmənlə vuruşduq.
Yadımdadır ki, general A.N.Martirosyan söz vermişdi ki, bizim üçün azərbaycanlılardan düşmən obrazı yaradanları tapıb, bizim mühakiməmizə, Azərbaycanın gələcək nəsillərinin mühakiməsinə versin… Amma gücü çatmadı. Erməni generalı A.Martirosyan millətin və xalqın qarşısında tarixi bir etiraf etdi: “Mən bacarmadım” – dedi… Müharibə və yaxud qarşıdurma davam etdi, yeni bir strateji xətt götürdü.
Tökülən qanların içindən yenə bir sual çıxdı: – Kimdir bizi biri-birimizə qırdıran? Kimdir qana susayan?
Məsələn Böyük Britaniyanın Parlamentində Parlamentin üzvü Stiven Paund, Lordlar Palatasının üzvləri, foto-jurnalist Raesel Pollard, Erməni İnqilab Federasiyası – Daşnaksütyun Kiro Manoyan, Professor Andranin Qasparyan… öz məntiqi – siyasi baxışları ilə istədilər məsələlərə aydınlıq gətirsinlər. Amma bacarmadılar.
Ermənilərin Qərbi Amerikadakı Milli Komitəsinin direktoru (ANCA ER) Mişel Akopyan bu arada, lordlar palatasının üzvü, 82-ci dəfə ernəni terroruna məruz qalmış torpaqlarımızdan ötüb keçən ingilis Baronessa Koksa izah edirdi ki, “ermənilər qəhrəmancasına vuruşdular…” Həmin vaxt deputat M.Akopyan xanım Koksa Erməni qəbiristanlığını nişan verirdi. Lənətə gəlmiş xanım Baronessa bu qədər Qarabağı gəzib, dolandı… amma bir dəfə də “Dayanın!” çağırışını etmədi. (?)
Qeyd edim ki, bu cadugər xanım – İngilislərin ən yeni tarixində “Dünyanın lənətlənmiş qadınları” cərgəsindədir… (?)
Ən maraqlısı odur ki, tarixdə olmayan və heç vaxt tapınmayan Artsax Erməni Respublikası üçün fransızların buraxdıqları iki (2) Dram pul vahidinin üstündə öz şəklini verməyə müvəffəq olub. (?) Məlumata görə bu pul vahidilə bağlı Azərbaycan tərəfinin xüsusi bəyanatı da olub. Araşdırma materiallarına görə bütün dövrlərdə baş verən erməni – azərbaycanlı münasibətlərində çox məsələlərin həlli açıq qalıb.
Vaxtilə (1945-ci il) Böyük Britaniyanın Baş Naziri olmuş (2-ci dəfə seçilmiş) U.Çerçill müsahibələrinin birində yazırdı: “…Ermənilərlə bizim münasibətlərimiz qədimdir. Onlar həmişə bizə dəyərli xidmət göstəriblər…
Ermənilərin azərabycanlılara vuruşması heç də başqalarının düşündükləri kimi torpaq, su… davası deyil. Onların vuruşması ağıllı, igid və vüqarla azərbaycanlılar uğrundadır… İ.Stalin mənə deyirdi ki, (redaktə olunmadan) Qafqazda ən dəyərli, vüqarı təmiz qan hüceyrələri (yəni genetika-R.N.) Azərbaycana məxsusdur.
Bir nəfər də olsun müharibə illərində azərbaycanlılardan satqın çıxmadı… Ruslar bunu heç vaxt unutmur…
Maraqlıdır, neçə il bundan öncə Əfqanıstanda keçmiş İttifaqın səlahiyyətli nümauəndəsi olmuş, Baş Kəşfiyyat İdarəsinin general-polkovniki V.İ.Larin Kremldə generallar və adminirlar qarşısında çıxış edərkən xatırlayıb: “…Mənim əslən Azərbaycan olan İran-Əfqanıstan sərhədində 24 əsgər və zabitim olub. Onlar arasında əsl sədaqət, kişilik və insana hörmət və sevgi gördüm. Müharibədən sonra mən onlar haqqında Böyük Heydər Əliyevə rəsmi yazdım. Yazdım ki, onlardan Vətən üçün istifadə olunsun. Amma sonrasını bilmədim…”
Mən isə sonrasını özüm yazdım…
Bu gün Prezident Yanında Xüsusi İdarənin rəisi olmuş və düşmən əli ilə (bəlkə də dost ilə) qətlə yeririlmiş, polkovnikm Şəmsi Nuu oğlu Rəhimovun qətlindən otuz il keçir. Amma Qətlin üstü hələ də açılmadı. Ölümdən iki gün sonra onun yerinə Elman Qəmbərov adlı birisi təyin olundu. Prezident Aparatından gələn “Əmmələr” onu tələm-tələsik Şəmsi Rəhimovun yerində əyləşdirdilər…
…Mən gecələrin birində yuxumdan keçən Şəmsi Rəhimovdan soruşdum:
– Cənab polkovnik, bu necə olur?.. Bu təyinat kimin təyinatıdır. Hansı pasportla. Hansı “Əmmə” onu təyin etdi? Məgər görünmür ki, bu gün axıdılan, tökülənşəhid qanlarında dağılmış Xüsusi İdarənin də imzası var? Cibində iki pasport gəzdirən bu əmmə kimdir?
Vicdanlı, savadlı, əxlaqlı, ölkəni sevən, ölkə başçısını dəstəkləyən insanları ləkələyən bu adamı hansı əmmə təyin etdi. Nə üçün?
Məqsəd Prezidentin Xüsusi İdarəsini dağıtmaq idi. Prezidenti tərki-silah etmək idi… Bu ən böyük satqınlıq idi. Maraqlı idi ki, general-polkovnik V.Larin bütün bunlardan mənə danışmışdı. Həmin vaxt MTN-nin işi heçə bərabər idi. Əsl alver gedirdi… Heydər Əliyevi aldatdılar. Erməni pulu və sərvətilə vəzifə alanlar, Şəmsi kimi, Ziya Bünyadov kimi, Afiəddin Cəlilov kimi… insanların aradan götürülməsi məqsədli idi. Oğurluq, səriştəsizlik, rüşvət ala-ala sərvət toplamaq… (Allah sizə lənət eləsin) adiləşmişdi…
Prezident Yanında Xüsusi İdarə məhv olundu. Məqsədli şəkildə, qəddarcasına onu dağıtdılar. Kimlər idi bu addımı atan? Heç kəs araşdırmadı. Əslində Şirvan elinin kadrlarını söyüb, onlara qarşı abırsızlıq edən, ikiüzlü və yaltaq… insanların addımları yuxarı dırmanmaq üçün “əsl” yollar açıldı.
– Lənət olsun ona – polkovnik pıçıldadı.
– Kimə, Şəmsi müəllim?.. soruşdim.
– Qapımın ağzında məni öldürənə – dedi. Həmin gündən bir gün əvvəl mənə bir televizor da hədiyyə eləmişdi. Yaltaqlanırdı. Nətizədə bir gündə rütbəsini iki dəfə qaldırmağımı istədilər.
– Kim? Kim idi onun, qabiliyyətsiz bir insanın yaxasından yuxarı çəkən. Tələsib ona tələsib ona general rütbəsi verdilər…
– Xəbərimiz oldumu ki, həmin günün səhəri erməni mətbuatı bu iyrənc hadisəni “qələbə” kimi qeyd etdilər…
– Oldu oğlum, oldu. Mənim hər şeydən xəbərim oldu. Və bu işləri düzüb, qoşan Prezident Aparatının 2-3 əmməsi də ermənilərin şadlığına qoşuldu…
…Səhərə yaxın həyətimizdəki itlərdən biri uladı… Səhərədək uladı…
Biz bu günədək onlarla qanlı-qanlı, ancaq fəlakət və göz yaşı gətirəm müharibədən çıxdıq. Amma heç kəs (istər erməni olsun, istər azərbaycanlı… fərq etməz) “Dayanın!..” çağırışını vermədi, ağsaqqallıq, ağbirçəklik etmədi. Nə erməni ağsaqqalları, nə də azərbaycanlı ağşsaqqalış bayraq qaldırıb, demədi: “Dayanın!” Bəs deyilmiş qırıldınız? Baxın, hər ikinis genetik ölümlə üz-üzə dayanıbsız… Təkcə Azərbaycan Prezidenti, ölkə başçısı İlham Əliyev əlini qaldırdı, ürəyinin səsinə hökm elədi: Dünyaya mesaj göndərdi: Biz bu müharibələrdə üç nəsil itirdik… Bu dünyaya XXI əsrin ən amansız və dəhşətli mesajı idi. (Həmin vaxtsa Vatikan-Roma Papası erməni cavanlarının məzarlarına çiçək düzürdü).
Hanı bizim müharibənin iflic etdiyi ağsaqqallar, ağbirçəklər? Atalarının yolunu gedə bilməyən, əzab və əziyyət çəkən oğullar… Bizim ölkə başçısının, vitse-prezidentinin ardınca getmək lazım idi… Fikrimcə bu gün həm Azərbaycan, həm Ermənistan Allahın qəzəbi altında öz övladlarına daha “Lay-lay” deyə bilmirlər.
Tarix qarşımızda sual qoydu: Cənablar, hanı Heydər Əliyevlər, hanı Mizə İbrahimovlar, hanı Mir Cəlal Paşayevlər, Süleyman Rəhimovlar, Cəlal Əliyevlər, hanı Səməd Vurğunlar, Rəsul Rzalar, Əli Vəliyevlər, Fərman Kərimzadələr, İlyas Əfəndiyevlər, İsmayıl Şıxlılar, Nəsir İmanquliyevlər, hanı Mirvarid xanım Dilbazilər, hanı Fəttah Heydərovlar, Ramil Usubovlar, hanı Murtuz Ələsgərovlar, hanı?.. Bu gün onların məzarları od tutub, yanır…
Bu gün dahi o şəxsdir ki, bir işarəsilə müharibələri, qırğınları və ədavəti dayandırır. Dahi odur…
Bu gün heç kəs Allahın göndərdiyi Müqəddəs kitabları (“İncil”i, “Tövrat”ı, “Qurani-Kərimi”) götürüb başı üzərinə qaldırmadı.
“Dayanın!” çağırışını etmədi. Təkcə İran İslam Respublikasının Prezidenti Ağa-ye Rəisidən başqa…
O ABŞ-da BMT-nin Təhlükəsizlik Şurasında “Qurani-Kərimi” başı üzərinə qaldırıb, dövlət və hökumət başçılarını ədalətə, müharibə və qırğınlara son qoymağa çağırdı…
Azərbaycan müharivəni, ona edilən beynəlxalq bir terrorun qabağını aldı. Məgər ermənilər başa düşmədilərmi, Azərbaycan həmçinin erməniləri də genetik ölümdən xilas etdi?.. Erməniləri canını qırğınlardan qurtardı?
Araşdırma materiallarına görə bu gün ermənilər də çalışırlar ki, bu müharibələrə son qoyulsun. Sabahkı nəsillər anlamasınlar müharibə nədir. Onlar bu istiqamətdə iclaslar keçirir, dinləmələr edirlər. Amma çıxış yolları bağlıdır. Vxtilə dahi Heydər Əliyev demişdi: “Siz, (yəni ermənilər – R.N.) yaxşı yaşamaq üçün bir addım da irəli gəlin. Əlinizi bizə uzadın… Biz o əllərdən yapışıb, sizi gözəgörünməz bataqlıqdan çıxarıb, ölümdən xilas edərik…”
Məlumata görə müharibədə 20-dən artıq ixtira olunmuş yeni silah növləri, kütləvi epidemiyalara səbəb ola biləcək viruslar (bakterioloji silahlar) sınaqdan çıxarıldı. Eynilə Xocalı hadisələri kimi… Amma təəssüf edirəm, bir sənəd olmadı ki, BMT-ə qədər gedib çıxaq. Əslində indi də elədir…
Fikrimcə gözləmə mövqeyi tutan təşkilatları, insanlarla Prezident və Vitse-prezident arasında inciklik yaradan qurumları rəhbərlərilə birgə ləğv etmək maraqlı olardı. Məsələn Respublikanın Ağsaqqallar Şurasına nəzər sala.q. Kimə lazımdır belə bir Şura? Ehtiyac varmı?
Müharibə içində əsəbləri tarıma çəkilən belə bir “saxta şuranın” heç kimə ehtiyacı yoxdur… Bu quruma qurumu ləğv edin cənablar…
Bu suallardan sonra mənə hər şey məlum oldu… Yolboyu kələfin ucu açılırdı.
Xankəndinin ətəyində üstü didilib-tökülmüş yaşlı bir erməni qadını əyləşib, gəlib-gedənə tamaşa edirdi. Arada bir qorxa-qorxa öz-özünə pıçıldayırdı: “Bizi xilas edin. Bir millər kimi xilas edin…” Amma heç kəs ona məhəl qoymurdu… O isə oxuyurdu: Bəs bizi kim xilas edəcək?.. Mən yolüstündə əyləşib mahnı deyən yaşlı qadını tanıyırdım. Bu qadın Xankəndindəki xəstəxanada çalışmış, üç oğlunu və iki nəvəsini müharibədə itirən əslən fransız olan bütün bunlar haqqında vitse-prezidentimizə məktub yazan Karina idi…
Rövşən Novruzoğlu,
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq