Bundan sonra hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3 də xüsusi Sərəncam imzalayıb.
“Azərtac” məlumat verir ki, Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.
Odur ki, Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd olunacaq.
Müstəqil.Az