Cənubi Koreyanın “Blackpink” pop qrupunun YouTube kanalı musiqi qrupları arasında ən çox baxılan YouTube kanalı olub.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Blackpink” qrupunun kanalında video baxışların ümumi sayı 30 milyardı ötüb və bu, onlara Ginnesin Rekordlar Kitabına düşməyə imkan verib.
Xatırladaq ki, Cənubi Koreyalı sənətçilərin YouTube kanalı 2016-cı ilin iyununda yaradılıb. Hazırda qrupun kanalına baxış sayı 30,3 milyarda çatıb, abunəçilərin sayı isə 86,9 milyon nəfərdir.