“Blade Runner 2099” filminin çəkilişləri yazıçıların tətili səbəbindən dayandırıldı

“Blade Runner 2099” filminin çəkilişləri yazıçıların tətili səbəbindən dayandırıldı

Amazon yazıçıların tətili səbəbindən Blade Runner 2099 filminin çəkilişlərini təxirə salıb.

Kulis.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Filmin çəkilişləri 2024-cü ilin yazından tez başlanmayacaq.

Rayan Qoslinqin baş rolda oynadığı “Blade Runner 2099″da hadisələr 50 il sonraya aiddir. Orijinal filmin rejissoru Ridli Skott qarşıdan gələn layihənin icraçı prodüseridir.

Qeyd edək ki, mayın 2-də amerikalı ssenaristlər əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaqla bağlı kinostudiyalarla razılığa gələ bilmədiklərinə görə tətilə başlayıblar.

Share: