“ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və bu vəziyyəti saxlamağa çalışacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.
“ABŞ Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, – deyə o qeyd edib.