ABŞ dövlət katibi Entoni Blinken Kremlə dron hücumu edilməsi ilə bağlı əlində fakt olmadığını deyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Blinken Kremldən gələn bütün açıqlamalara şübhə ilə yanaşdığını vurğulayıb:
“Biz faktları əldə etdikdən sonra onların nə olduğuna baxacağıq. Fərziyələr irəli sürmək çətindir”, – deyə Blinken bildirib.
Qeyd edək ki, Kremlə PUA-larla zərbə endirilməyə cəhd edilib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.