ABŞ-nin dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Kiyevdə “McDonald’s”a gedib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kuleba albalılı “McPie”, Blinken isə kartof qızartması sifariş edib.
Söhbət zamanı ukraynalı nazir xatırladıb ki, Rusiyanın tammiqyaslı işğalının əvvəlində “McDonald’s” Ukraynada fəaliyyətini dayandırıb və bu, “çox pis siqnal” olub. Daha sonra Kuleba Blinkenə zəng edərək bununla bağlı vəziyyəti danışıb. Kulebanın sözlərinə görə, həmin söhbətdən sonra “McDonald’s” şəbəkəsi tədricən Ukraynada fəaliyyətini bərpa etməyə başlayıb.