“ABŞ Qarabağda Azərbaycanla Ermənistan arasında problemin uzunmüddətli əsaslarla həllinin tərəfdarıdır, bununla bağlı birtərəfli addımların əleyhinədir”.
Müstəqil.Az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.
“Mən həm Ermənistanın, həm də Azərbaycanın rəhbərliyi ilə çox fəal və birbaşa əlaqə saxlamışam. Xüsusilə, bu yaxınlarda, bir həftə əvvəl baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə telefon danışıqlarım olmuşdu. Bu ölkələrin xarici işlər nazirləri Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanma perspektivlərini stimullaşdırmağa kömək etməyə çalışırlar”, – deyə Blinken ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton bununla bağlı müxtəlif etimadın möhkəmləndirilməsi tədbirləri hazırlayır və təşviq edir.
Müstəqil.Az