Blinkenin zəngi Azərbaycanın qətiyyətli mövqeyinin, Prezidentin nüfuzunun göstəricisidir

Blinkenin zəngi Azərbaycanın qətiyyətli mövqeyinin, Prezidentin nüfuzunun göstəricisidir

Blinkenin zəngi Azərbaycanın qətiyyətli mövqeyinin, Prezidentin nüfuzunun göstəricisidir

Cənubi Qafqazda yenidən gərginlik hökm sürür, bunun səbəbkarı isə Ermənistandır.

Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, Rusiyanın dəstəyi ilə yaranan, uzun bir dövrdə Moskvanın buyruq qulu olan Ermənistan artıq ağasını dəyimək qərarına gəlib və indi də Qərbdə isti qucaq axtarır:

“ABŞ da ermənilərin bu xislətindən, Ermənistanın yeni isti qucaq axtarmaq istəyindən öz maraqları üçün yararlanmaqdadır. Hesab edirəm ki, aprelin 5-də ABŞ, Aİ və Ermənsitanın iştirakı ilə keçiriləcək görüş də bu qaranlıq məqsədə xidmət edir. ABŞ Cənubi Qafqazı öz caynağına keçirmək üçün Ermənistana süni nəfəs verir və onu yeni müharibəyə sövq edir. Lakin rəsmi Vaşinqton nəzərə almalıdır ki, Azərbaycan regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyini təmin edib. Azərbaycan heç bir halda Ermənistanın revanşist addımlar atmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Elə aprelin 5-də keçirilməsi nəzərdə tutulan görüşlə bağlı Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe də bunu bir daha təsdiqləyir”.

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan tərəfi israr edir ki, 5 aprel görüşü təxirə salınsın:

“Amma Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır. Bununla belə ABŞ-nin timsalında Qərb Azərbaycanın mövqeyinin də gözardı edilməsinin uğur gətirməyəcəyinin fərqindədir. ABŞ dövlət katibinin Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə çalışması da Ağ Evin “Azərbaycanın əleyhinə olduğu hər hansı proses Cənubi Qafqazda uğur vəd etmir” qənaətindən irəli gəlir.

Antoni Blinkenin Co Baydenin mövcud durumunda dövləti idarə edən şəxs olduğunu də diqqətdən qaçırmaq olmaz. Yəni bütün bunlar, o cümlədən Antoni Blinkenin telefon danışığı zamanı vəziyyəti izah etməyə çalışması Azərbaycanın qətiyyətli mövqeyinin, xüsusilə də Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir”.

Deputat baş verən proseslərə regionun bəzi ölkələrinin yanaşmasının da qəbuledilməz olduğunu deyib:

“Mən öncə İranın üzərində dayanmaq istəyirəm. O mənada ki, bütün bu proseslər İranın susqunluğu şəraitində baş verir. İran sanki sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasının qurulduğunu görmür. Yaxud da Gürcüstan. Hesab edirəm ki, Gürcüstan da tez bir zamanda öz mövqeyini bəlli etməlidir. İndiki halda görünən odur ki, Gürcüstan hakimiyyəti qərbpərəst xətti yürüdür. Əslində isə Gürcüstan regionda Azərbaycanla birlikdə olmalıdır”.

Share: