BMT-nin Baş katibi Antonio Quterreş Qabondakı çevrilişi pisləyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlaması zamanı deyib.
“Baş katib Qabondakı vəziyyəti yaxından izləyir”, – deyə Dujarrik bildirib.
Qeyd edək ki, avqustun 30-da səhər Qabonda bir qrup yüksək rütbəli zabit ölkənin əsas televiziya kanalında prezident seçkilərinin nəticələrinin ləğvi və hakimiyyət institutlarının ləğvi ilə bağlı bəyanatla çıxış edib. Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və ölkənin Müdafiə Nazirliyini və Silahlı Qüvvələrini təmsil etdiklərini bəyan ediblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.