Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ilin fevralında Fələstin məsələsilə bağlı dinləmələr keçirəcək.
Bu barədə məhkəmənin press-relizində deyilir.
Sənəddə qeyd edildiyi kimi, dinləmələr 2024-cü il fevralın 19-da başlayacaq, görüşlərin ətraflı cədvəli daha sonra dərc olunacaq.
İclas zamanı məhkəmə rəy bildirməzdən əvvəl maraqlı tərəfləri dinləməli olacaq.
Qeyd edək ki, bəzi beynəlxalq ictimai təşkilatların Beynəlxalq Ədalət Məhkəməsindən məsləhətçi rəylər tələb etmək hüququ var. Məhkəmə qərarlarından fərqli olaraq, məsləhət xarakterli rəylər məcburi deyil.
Mənbə: TASS