Aprelin 15-də BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı Sudanda həlak olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, BMT əməkdaşları Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı ölüb.
Baş verən hadisədən sonra BMT Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini dayandırıb.