Avstriyalı vəkil Volker Türk BMT-nin İnsan Haqları üzrə Ali Komissarı olub.
Onun namizədliyi BMT Baş Assambleyasında səsə qoyulmadan təsdiq edilib.
Volker Türkün namizədliyini daha əvvəl BMT-nin Baş katibi Antonio Quterreş tövsiyə etmişdi.
Əvvəllər bu vəzifəni Çili təmsilçisi Mişel Baçelet tuturdu.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Ali Komissarın səlahiyyət müddəti dörd ildir.
Mənbə: TASS