BMT-nin Uzunömürlülər İnstitutu LDU ilə əməkdaşlıq etmək niyyətindədir.
LDU -nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın Müstəqil.Az -a verdiyi məlumata görə Birləşmiş Millətlər Təşkilatının (BMT) səlahiyyətli təmsilçisi, qurumun Uzunömürlülər İnstitunun direktoru professor Marvin Formoza Azərbaycana səfəri çərçivəsində Lənkəranda olub. BMT-li qonaq ikigünlük səfərinin ilk günü Lənkəran Dövlət Universitetinə ( LDU) baş çəkib.
Hörmətli qonağı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb. Çay süfrəsi arxasında, səmimi və dostluq şəraitində keçən söhbət zamanı professor M.Formoza gəlişinin əsas məqsədinin Lənkəran rayonunda yaşayan uzunömürlü sakinlərin həyat və yaşam tərzlərinin tədiqi olduğunu bildirib.İnsan ömrünü uzatmağın hazırkı dünyada ən vacib sosial problemlərdən biri olduğunu deyən BMT təmsilçisi bu amilə təsir göstərən sosial faktorları professor Natiq İbrahimovla birgə müzakirə edib, uzunömürlüyü ilə seçilən Lənkəranda problemin hərtərəfli araşdırılmasında LDU-nun yardımını məqsədəuyğun hesab edib.
Söhbət zamanı LDU-da sosial herontologiyanın tədrisinin təşkili məsələləri müzakirə edilib.Tələbə və gənc tədqiqatçıların sosioloji tədqiqatlara cəlbi,onlarda ahıl insanlarla işləmək bacarıqlarının aşılanması , uzunömürlülüyün sirrlərinin, bu amilə təsir göstərən faktorların elmi araşdırılması və sair barədə ətraflı danışılıb.Müzakirə zamanı BMT-nin müvafiq qurumu ilə LDU arasında bu sahədə birgə fəaliyyətinin təşkilinin məslənin uğurlu həllinə yardımçı olacağı xüsusi vurğulanıb.Öz növbəsində, LDU rəsmisi professor Natiq İbrahimov əməkdaşlığa hazır olduqlarını, beynəlxalq mütəxəssislərə problemin araşdırılması istiqamətində yardımçı olacaqlarını vəd edib.
Qeyd edək ki, professor Marvin Formozanı görüş zamanı AMEA-nin Fiziologiya İnstitunun əməkdaşları-biologiya üzrə fəlsəfə doktorları Sevinc Hüseynova və Çingiz Qasımov müşayət ediblər.
FOTOLAR: