Bir qrup şəxs BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının qarşısında HƏMAS tərəfindən girov saxlanılan İsrail vətəndaşlarının azad edilməsini tələb edən nümayiş keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nümayişçilər “Onları evə gətirin!” şüarını səsləndiriblər.
Həmçinin, pankartlarda “Biz İsrailin yanındayıq” sözləri yazılıb.
Qeyd edək ki, etiraz nümayişi bir sıra ölkələrin, o cümlədən İsrail, Fələstin, Almaniya, ABŞ və Fransanın xarici əlaqələr idarələrinin rəhbərlərinin iştirak etdiyi BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələrinə təsadüf edib.