BMT Təhlükəsizlik Şurası Rusiyanın təşəbbüsü üzrə Kerç boğazında baş vermiş hadisənin müzakirə etməkdən boyun qaçırıb.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, TŞ-də sədrlik edən Çinin təmsilçisi bununla bağlı deyib: “Gündəliyin təsdiqi məsələsi səsə qoyularkən üzvlərdən 7-si “əleyhinə”, 4-ü “lehinə” səs verib, 4 üzv isə bitərəf qalıb. Beləliklə, gündəlik qəbul olunmayıb”.
Bundan öncə Rusiya təcili olaraq gündəliyin “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” bəndi üzrə açıq iclasın çağırılmasını istəmişdi.
Müstəqil.Az