Fevralın 24-dən bugünədək Ukraynada azı 249 mülki şəxs həlak olub, 553 nəfər yaralanıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
“2022-ci il fevralın 24-dən martın 2-si gecə yarısına qədər Ukraynadakı ofisimiz ölkədə 802 mülki qurban qeydə alıb: 249 nəfər həlak olub, 553 nəfər yaralanıb”, – məlumatda deyilir.
Müstəqil.Az