BMT Ukraynada ölən mülki vətəndaşların sayını açıqladı

BMT Ukraynada ölən mülki vətəndaşların sayını açıqladı

Rusiya-Ukrayna müharibəsində fevralın 24-dən noyabrın 1-dək olan statistikaya əsasən, mülki əhali arasındakı itkilər açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Ali İdarəsi məlumat yayıb.

Bildirilib ki, 6430 ukraynalı ölüb, 9865 mülki vətəndaş isə yaralanıb.

Qeyd olunub ki, son 1 ayda – oktyabrın 1-dən oktyabrın 30-dək ukraynalılar arasında 274 ölüm, 769 yaralanma halı qeydə alınıb.


Share: