BMU məzunu Koreya Universitetinə tam təqaüdlə qəbul olub

BMU məzunu Koreya Universitetinə tam təqaüdlə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya müəllimliyi” ixtisasının builki məzunu Xədicə Abdullazadə Cənubi Koreyanın top 3 universitetindən biri olan Koreya Universitetinin magistraturasına qəbul alıb. 

MÜSTƏQİL.AZ xəbər verir ki, BMU məzunu təhsilini bu universitetin “Fiziki kimya” ixtisasında tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd və aviabiletlər daxil) davam etdirəcək.

Xədicə Abdullazadə 2020-ci ildə BMU-ya 616,9 balla qəbul olub. 2024-cü ildə universitetin bakalavriat səviyyəsini ixtisas birincisi olaraq bitirib.

1905-ci ildə qurulan Koreya Universiteti bu ölkənin, eləcə də dünyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir.

MÜSTƏQİL.AZ

Share: