Rusiya Federasiyasının Ədliyyə Nazirliyi musiqiçi Boris Qrebenşikovu xarici agentlər siyahısına daxil edib.
Həmçinin, siyahısı “Sota.Vision” və “Bumaqa” nəşrləri, ANO Anqlo-Amerikan Moskva Məktəbi, bir sıra digər fiziki və hüquqi şəxslər əlavə ediliblər.
Qeyd edilib ki, Qrebenşikov Ukraynaya maliyyə yardımı göstərmək üçün xarici ölkələrdə konsert fəaliyyəti ilə məşğul olub. O, Ukraynadakı müharibəyə qarşı çıxıb, xarici mənbələrdən dəstək alıb.
Rusiya Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, ifaçı ölkədən kənarda yaşayır.
Mənbə: news.ru