Tanınmış bloqer Aysel Şükür anası haqda açıqlamaları ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, instaqram səhifəsində sual-cavab edən bloqerin “sizin ananız arıdır” sualına “hə, hamını sancır”, – deyə cavab verməsi qalmaqala səbəb olub.
“Anam haqqında yazdıqlarım ona pis təsir edib, səhər-səhər mənə bir ton səs atıb. Nə olsun anamdır? Mən sözün düzünü deyirəm. Təsəvvür edin, bu insan heç kimi bəyənmir, nə qız, nə oğlan! Hamıya yuxarıdan aşağı baxır, hamı haqqında, hətta tanımadığı insanlar haqda elə sözlər deyir ki… Dəfələrlə eşitmişəm. Demişəm ki, yanımda belə şeylər danışma, namaz qılırsan, görüb bilmədiyin şeylər haqda heç kimin haqqına girmə. Nə olsun anamsan? Bu qədər də yox da…”, – Aysel yazıb.
O, keçmiş həyat yoldaşı Oktay Əhmədovdan boşanması barədə danışıb: “Hər şey kənardan göründüyü kimi deyil, dostlar. İçim özümü, çölüm özgəni yandırır. Təkcə anam yox, ailəmin digər üzvləri də beşbetərdilər. Təəssüf ki, hər kəs ailəsini seçə bilmir. Hətta ayrılmaq, boşanma səbəblərimdən biri də anamdır. O qədər məni “doldur”du ki, başımı xarab elədi. İndiyədək deyinir, guya, məni çox istəyir. Övlad sevgisi sizdəki kimi olmur, vaxtında sevgi görsəydim, sevgini başqalarında axtarıb, bu günlərə düşməzdim”.
Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel Şükür və Oqtay Əhmədov 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahı olub. Onun ilk evlilikdən bir, ikinci evliliyindən isə əkiz oğlu var.