Milli Basketbol Assosiasiyasının (NBA) “Boston Seltiks” klubunun baş məşqçisi Ayme Udoka işdən kənarlaşdırıla bilər.
Buna səbəb məşqçinin öz işçisi ilə intim münasibətdə olmasıdır.
Udokanın 2022/23 mövsümünün sonuna qədər işdən çıxarıla biləcəyi qeyd edilir.
Mütəxəssisin “Seltiks”in heyətində çalışan qadınla münasibəti barədə xəbərlər yayılıb.
Klub bu məlumatla bağlı araşdırma aparır.
Məşqçi ilə qadın əməkdaş arasındakı münasibətin qarşılıqlı razılıq əsasında olduğu bildirilir. Lakin buna baxmayaraq, baş məşqçinin bu davranışı “Boston” Etika Kodeksinin pozulması kimi qəbul olunub.
“Boston”un sentyabrın 22-də Udokanın fəaliyyətinə son verilməsi ilə bağlı açıqlama yayacağı gözlənilir. Eyni zamanda onun vəzifələrini köməkçisi Co Mazzullanın öz üzərinə götürəcəyi qeyd edilir.
Mənbə: Gazeta.ru