Böyük Britaniyada 18 şirkət, o cümlədən təhsil, İT və maliyyə sektorları, keçənilki təcrübədən sonra daimi olaraq dördgünlük iş həftəsi tətbiq edəcəklərini açıqlayıblar.
Daha 38 firma bu cədvəl üzrə işləməyə davam etmək qərarına gəlib. Ötən ilin ortalarından başlayan qısaldılmış iş həftəsinin pilot layihəsində ümumilikdə 61 şirkət iştirak edib.
Bu şirkətlərin 2022-ci ilin ikinci yarısı üçün gəlirləri orta hesabla üçdə birdən çox artıb. İşdən çıxarılanların sayı əhəmiyyətli dərəcədə azalıb, işçilərin 40%-i daha az stres yaşadıqlarını bildiriblər.
Mənbə: Financial Times