Böyük Britaniyada COVID-19-un yeni variantları aşkarlanıb. İngiltərə İctimai Səhiyyəsinin (PHE) açıqlamasına görə, “araşdırma altında olan” (VUI) statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni varianta Böyük Britaniyada 77 yoluxma halı məlumdur.
VUI-21-APR-01 kodu verilən həmin variantın E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.
“Təkmil təmas izləməsi də daxil olmaqla İctimai Səhiyyəyə dair hər cür lazımi müdaxilə üsulları işə salınacaq”, – deyə açıqlamada qeyd olunub.
Müstəqil.Az