Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanı təmsil edən idman gimnastları Cessika və Cennifer Qədirova bacıları ilk dəfə Azərbaycana gələcəklər.

Bu barədə “Report”a əkiz bacıların ataları Natiq Qədirov məlumat verib.

Onun sözlərinə görə, hər iki idmançı 8-11 dekabrda Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş yarış üçün ölkəyə səfər edəcək.

Qeyd edək ki, Azərbaycan əsilli idman gimnastları Tokio-2020 Yay Olimpiya Oyunlarında komanda yarışında bürünc medala sahib çıxıblar.

İkiqat Avropa çempionu Cessika Qədirova isə son olaraq İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə edərək mundialda qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı qazanmış Böyük Britaniya təmsilçisi kimi ölkənin tarixinə düşüb.

Share: